2017-nin oktyabrında Bakıda, “Qarabağ”la oyundan bir gün əvvəlki mətbuat konfransında bizim jurnalistlərdən biri “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə rəqibləri olan Ağdam klubunun təmsil etdiyi Qarabağı tanıyıb-tanımaması, bu bölgənin erməni işğalı altında olmasından xəbəri olub-olmaması haqda sual ünvanlamışdı. Sual hər nə qədər futboldankənar, yəni siyasi olsa da, hədəf dəqiq seçilmişdi.
Axı, “Atletiko” dalbadal iki mövsüm oyunlara üzərində Azərbaycan yazılı formalarla çıxaraq ölkəmizi reklam edirdi və bu, əlbəttə, madridlilərin tanımadığı ölkəyə olmayan sevgisindən irəli gəlmirdi. Azərbaycanın təbliğatına görə vətənpərvər oliqarx Hafiz Məmmədov idmana cavabdeh olan dövlət qurumunun da dəstəyi ilə öz cibindən hər il hardasa 15-20 milyon avro pul ödəyirdi. Bir sponsorluq üçün bu qədər pulun xərclənməsinin doğru olub-olmaması həmişə müzakirələrə açıq ola bilər. Amma sonradan təsdiqini tapan acı gerçəklik budu ki, Hafiz bəy bu işin icraçılarını öz komandasına seçib onlara etibar edərkən səhvə yol vermişdi. Çünki həmin iki il ərzində yəqin o icraçılardan heç kimin ağlına gəlməmişdi, ya da heç vecinə də deyildi ki, “Atletiko”nun məşqçi və futbolçularına reklam etdikləri ölkənin üzləşdiyi problemlərindən də danışmaq lazımdı. Məsələn, elə Qarabağa düşmən təcavüzündən. Əgər zamanında bu haqda layihəni icra edən pullu azərbaycanlılar danışsaydılar, yəqin Dieqo Simeone mətbuat konfransındakı o sual qarşısında donub qalmaz, “xeyr, mənim Qarabağ bölgəsi haqda məlumatım yoxdu və buna görə təəssüf edirəm” kimi bizim üçün məyusedici cavabı verməzdi...
Bu yerdə yenidən başlığa baxıb soruşa bilərsiniz ki, bəs, “Qarabağ Vyana”nın “Atletiko”ya nə aidiyyatı, ümumiyyətlə, bu ad hansı anlama gəlir? Təəssüf ki, Azərbaycanın geniş ictimaiyyətində bununla bağlı ya yetərincə məlumat yoxdu, ya da heç yoxdu. “Qarabağ Vyana” barədə ara-sıra Azərbaycanın idman mediasında məlumatlar çıxır. Halbuki idman jurnalistləri bu komandaya laqeyd yanaşmayaraq daim diqqətdə saxlamalıdı.
Bu futbol klubu Avstriyanın rəsmi olaraq Şərqi regional liqasının (3-cü liqa) 16 iştirakçısı arasında yer alıb. Vyananı təmsil etsə də, adıyla, ruhuyla Azərbaycana, azərbaycanlılara məxsusdu. 2014-cü ildə həmin ölkədə yaşayan bir neçə fədakar azərbaycanlı gəncin ideyası və maddi dəstəyi ilə yaradılıb və buna görə Azərbaycan dövlətindən bir qəpik pul almayıblar. Halbuki... Cümlənin davamı qalsın sonraya. Gələk yenə kluba. Sahibi, eləcə də prezidenti Orxan Vəliyev, baş meneceri Ramin Şükürovdu. “Qarabağ Vyana” yarandığı gündən aşağı liqaların çempionu ola-ola 3-cü liqaya vəsiqə qazanmağı bacarıb. Heyətlərində Avropada yaşayan türklər çoxluq təşkil etsə də, klub Azərbaycandan 3 futbolçu da alıb. Hazırda hədəfləri əvvəlcə ikinci, sonra isə bundesliqaya – əsas liqaya yüksəlməkdi. Yəni “Zalsburq”, “Rapid” kimi Avropada məşhur olan klubların da oynadığı liqaya.
Amma... Hə, indi işin ən vacib tərəfinə gəlirik. Əsas hədəfi Avstriya və Avropaya Qarabağı tanıtmaq olan bu klub hazırda öz liqasında 9-cu yeri tutur və bu mövsüm üçün qalib olmaq şansı azdı. Bu da səbəbsiz deyil. Görünür, klubun sahibləri öz məhdud imkanları daxilində (futbola görə) büdcə formalaşdırıblar və buna uyğun da futbolçu alırlar. Həmin oyunçuların səviyyəsi isə komandanı 1-ci liqaya aparmağa imkan vermir. Deməli, növbəti mövsüm (mövsümlər) üçün “Qarabağ Vyana”ya yüksək də olmasa, 2-ci liqanın tələb etdiyi normal səviyyədə büdcə ayrılmalıdı. 1 milyonmu, 2 milyonmu? Bunu işin içindəki insanlar daha yaxşı bilər. Və tələb olunan pul olmasa, təəssüf ki, başlanmış uğurlu ideyanın hədəfə çatması mümkünsüz olacaq.
Klubun rəhbərliyinin bu məsələ ilə əlaqədar Azərbaycan hökumətinə – Gənclər və İdman Nazirliyi, xaricdə azərbaycanlılarla işlərə birbaşa cavabdeh qurum olan Diaspora Komitəsinə müraciət edib-etməməsi barədə məlumat yoxdu. Amma əgər edilsə, yaxud edilibsə, dövlət qurumları bu məsələyə həssaslıqla yanaşıb onlara lazım olan dəstəyi verməlidi. Hər nə qədər pafoslu səslənsə də, ortada Qarabağın adı var. “Qarabağ”ın (Ağdam) Çempionlar Liqasında qrupa düşməsindən sonra Avropa mediasının Azərbaycana diqqətinin bizim lehimizə nə qədər artdığını və dəyişdiyini gördük. Pulsuz-parasız, xahişsiz-minnətsiz. Sabah Qarabağın adını daşıyan başqa bir komandanın Avstriya kimi ölkənin yüksək liqasında oynamasının bizə ancaq faydası dəyə bilər. Amma ona dəstək lazımdı. Zamanında “Atletiko”ya ayrılan onmilyonlarla avronun 5-10 faizi civarında. Sonra klub özü-özünü də teleyayım, reklamdan gələn pulla maliyyələşdirə biləcək.
Və sonda...
Rusiyada ermənilərin “Ararat” adlı komandası var. Onlar da aşağı - ikinci liqada oynayırlar. O ölkədə az qala bütün ermənilər həmin komandanın ətrafına yığışıb dəstək verirlər. “Ararat” indi birinci yerdədi. Və bu gedişlə bu gün-sabah Rusiya Premyer Liqasında da oynayacaq.
Bizim də Avropanın göbəyində bir komandamız var. Bütün günü haqqında yana-yana danışdığımız Qarabağın adını daşıyır. Deməli, Qarabağı kim ürəkdən sevirsə, dəstək ola bilər.
Pulu olan pulu ilə, olmayan da ürəyi ilə.
Aydın BAĞIROV
[email protected]
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər