Yazının əvvəlində sizi qısa statistika ilə bir balaca yormalı olacam. Çünki ölkədə uşaq futbolunun hansı kökə düşdüyünü, onu gələcəkdə hansı zərbələrin gözlədiyini bu rəqəmlərdən daha yaxşı ifadə edən acınacaqlı və gülməli faktlar tapmaq, yəqin ki, mümkün deyil.
Beləliklə, başlayaq ondan ki, futbola milyonlarla pul ayrılır. Amma...
Birinci fakt. Həmkarım İlqar Tağıyevin bir müddət əvvəl apardığı araşdırmadan məlum olur ki, AFFA-nın U-14 Liqasında bir mövsüm ərzində oynamış 1929 oyunçudan 1526-sı (79,1 faiz), yəni hər 5 nəfərdən 4-i növbəti il də karyeralarını davam etdirməli olduqları halda futbolu vaxtından əvvəl (ya da elə başlayan kimi) atmaq məcburiyyətində qalıb.
İkinci fakt. AFFA-nın 2017-ci il üçün hesabatına əsasən, ötən il U-14 liqasında təkcə bölgələri təmsil edən 47 komanda oynayıb. U-15 liqasında isə bölgə komandalarının sayı düz on dəfəyə yaxın azalaraq 5-ə düşüb! (Bakıda məskunlaşan “Qarabağ” və paytaxta yaxın Sumqayıtın komandaları istisna olmaqla). U-16 və U-17 liqalarında vəziyyət daha dözülməzdi. Birində 2, digərində 3 bölgə təmsilçisi oynayır (“Qarabağ” istisna olmaqla).
Yəni təkcə Premyer Liqada yox, U-15-dən başlayaraq bütün çempionatları Bakı turniri də adlandırmaq olar. Və futbolumuzun – aşağı yaş qrupları üzrə liqaların niyə bu günə düşməsinin yeganə bir səbəbi var: uşaq futboluna pulun ya heç ayrılmaması, ya da simicliklə ayrılması.
Konkretləşdirək. U-15 liqası U-14-də olduğu kimi, region deyil, bütün ölkə üzrə keçirilir və bir bölgə komandasının Bakıya (yaxud qonşu şəhərə) oyuna getməsinə vəsait lazımdı. Nə qədər? İllik cəmi 10-15 min manat. Hələ UEFA-nın uşaq futbolu üçün ayırdığı pulları bir kənara qoyaq. Bu yerdə hərlənib-fırlanıb yenə gələcəm AFFA-da vəzifə borcu uşaq futbolunu inkişaf etdirmək olan, amma burda çalışdığı 10 ildə Azərbaycana bir yararlı futbolçu belə tapmayan Bernhard Lippertə. Təkcə bu almana verilən illik maaşla bölgələrdə 10 babat uşaq komandası saxlamaq olar. 10 belə komanda azı 200 futbolçu deməkdi. Gələcəkdə o 200 nəfər arasından da 2-3 faiz istedadlı futbolçu çıxsa, bəs edər. Amma əyalətlərdə uşaq futbolunun da günbəgün batması yəqin AFFA-nı hələ ayıltmayıb.
Hərçənd uşaq futbolundan danışanda bütün məsuliyyəti federasiyanın üzərinə atmaq da haqsız olar. Çünki...
Üçüncü fakt. AFFA ilə yanaşı ölkədə idmanın və futbolun inkişafına məsul olan daha iki qurum var. Biri və ən əsası Gənclər və İdman Nazirliyidi, digəri isə bir az Təhsil Nazirliyi. Bu iki böyük dövlət qurumunun nəzdində bütün rayonlarda uşaq gənclər idman məktəbləri fəaliyyət göstərir. Amma sözügedən liqalarda həmin məktəblərin toplam bircə komandası oynayır. Təsəvvür edirsiniz, bircə komandası! Əgər belə olacaqsa, faktiki futbolun inkişafı adına heç bir iş görməyəcəklərsə, o zaman bu nazirliklər AFFA İcraiyyə Komitəsində hansı məntiqlə təmsil olunmalıdı?
Nəhayət, dördüncü fakt. Və bütün bu tragikomediyadan sonra hamı elliklə Qurban Qurbanovla Rəşad Sadıqovdan möcüzə tələb edir. Kimlə yaradacaqlar o möcüzəni? Əfran İsmayılovla?
Aydın BAĞIROV
[email protected]
Təkbaşına düz 18 min 227 dəfə mərc edib…
“Həmişə Yamalı müdafiə edəcəyəm”
“Pedirinin zədəsi bizi çətin vəziyyətə saldı”
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
"Atletiko" "Sevilya"nı məğlub etdi
“Mançester Yunayted” heç-heçəyə razılaşdı
Misli Premyer Liqasında 1 oyunda 6 qol - Video
Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
“Vilyareal” rəqibini darmadağın etdi
“Neftçi”dən 5, “Zirə”dən 3 qollu qələbə
“Zirə”nin qələbəsi - Video
Alleqri zədəli futbolçuların durumunu açıqlayıb
“Ruan Renato Azərbaycan millisinə xeyir verə bilər”
Rəşad Sadıqov: “Belə də davam etməliyik”
"Neftçi" - "Kəpəz": Heyətlər
"Barselona"nın gözü "Arsenal"ın kapitanında
Patrik Vieyra istefaya göndərildi
Millimizin oyunlarının təqvimi açıqlandı
"Beşiktaş"ın məşqçisi dünyasını dəyişdi
Mbappe ən çox bu qolunu xatırlayır
"Karvan-Yevlax" - "Zirə": Heyətlər
Azərbaycan idmançılarının yeni reytinq sıralaması
Onların heç biri Rusiyada işləmək istəmirlər
Aaron Remzi klubundan ayrıldı