AFFA-nın bugünlərdə açıqladığı rəsmi hesabata əsasən, qurumun büdcəsinə 2017-ci ildə təkcə "Azəridmanservis", yəni “Topaz”dan 2 milyon 538 min manat vəsait daxil olub. Mövcud hüquqi şərtlərə görə, “Topaz” “stavka”da klubların adından istifadə etdiyindən bu pul Premyer Liqada mübarizə aparan 8 komanda arasında bölünməlidi. Amma...
AFFA-nın birbaşa maliyyələşdirdiyi 5 komandanı kənara qoysaq, digər 3 kluba – “Qarabağ”, “Qəbələ” və “Zirə”yə “Topaz”ın pullarından bu neçə ildə bir manat belə çatmayıb. Bəlkə də yaxşı sponsoru olan “Neftçi”nin özünə də. Səbəbkarmı, günahkarmı təbii ki, pulu vaxtında federasiyaya ödəyən “Topaz” yox, o pulu hələ də kassasında saxlayan, yaxud da “digər xərclər” adı altında “sehrli yerlərə” sərf edən federasiyadı. Normal futbol ölkələrində hər bir klub məhkəməyə müraciət etməklə haqqı olan bu pulu tələb edib ala və ya bu gün Kamran Quliyevi özünə ikinci dəfə sədr seçən Klublar Komitəsi bu məsələni qaldıra bilərdi. Qaldırmırlar. Çünki heç bir klub “5-10 manata" görə AFFA-yla üz-göz olmaq istəmir. AFFA üçün də yəqin göydəndüşmə “hədiyyə”di bu.
Nə isə, hələlik Klublar Komitəsi gözləməkdə olsun, biz qayıdaq yenə federasiyanın açıqladığı maliyyə hesabatına. Bu hesabatda UEFA-dan 6 milyon 260 min manat ayrıldığı da qeyd edilib. Həmin pullar ölkədə futbol infrastrukturunun düzəldilməsinə yönəldilməlidi. İnfrastruktur dedikdə isə bir necə il əvvəl tam hazır olub istifadəyə verilən AFFA-nın tabeliyindəki “Bayıl Arena”, yaxud “Dalğa Arena” nəzərdə tutulmamalıdı. Bu gün bölgələrdə uşaq və yeniyetmələrin hansı ağır şərtlər altında, bataqlığı xatırladan meydanlarda məşq etdiyini az qala hər gün görür və bu haqda oxuyuruq. Bəs, o meydançaların düzəldilməsi, yaxud yenilərinin salınması üçün AFFA UEFA-nın ayırdığı pullardan xərcləyibmi? Ümid edək ki, xərcləyib, amma biz bilmirik.
İndi gələk, Klublar Komitəsinə. Klubların haqqı olan pulu onlar heç vaxt tələb etməyəcəklər, təbii ki. Keçək başqa məsələyə. Yenə də normal futbol ölkələrində Klublar Komitəsi statusundakı qurumların sambalı, futbolun, çempionatın səviyyəsinin daha da artırılması üçün ciddi ideyaları, təsiredici qərarları olur. Bizim bu komitə, gərək ki, dörd il əvvəl yaranıb. Bəs, indiyədək Azərbaycan futbolunu bir balaca düzəltmək, çempionatı düşdüyü bataqlıqdan çıxarmaq üçün sizin qurum və şəxsən siz özünüz nə iş görmüsünüz, Kamran Quliyev?
Məlum, Klublar Komitəsində Premyer Liqada oynayan bütün 8 klub təmsil olunur. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun KK-nin bəzi toplantılarından sonra verdiyi açıqlamalar istisna olmaqla, digər klub rəsmilərindən futbolumuzdakı problemlərin həlli üçün fikir səsləndirən, çıxış yolu göstərən olubmu? Nəcəfov öz klubunun haqqını arayır, öz aralarındakı söhbətlərdə ona dəstək verənlər də olur. Amma iş AFFA-ya ünvanlamaq üçün müraciət, yaxud tövsiyə vermək mərhələsinə çatanda “Qəbələ”dən başqa səsini çıxaran olmur. Niyə? Səbəb bəllidi: ehtiyat edirlər ki, haqlı səsləri birdən AFFA-nın rəhbərliyinin beyninə düşər. Amma hələlik beyinləri sakitdi, rahat işlərini görürlər, ona görə futbol da düşüb bu kökə.
Vəziyyəti düzəlmək öhdəlikləri olanlardan Klublar Komitəsi isə çox vaxt mənasız müzakirələr aparmaqla məşğuldu. Kamran Quliyev açıqlamasında deyir ki, bugünkü toplantıda “bəzi milliləşdirilmiş futbolçuların miqrasiya məsələsi müzakirə edilib”. Miqrasiya İdarəsindəki sənədləşdirmə məsələsini, yaxud problemi AFFA-nın və bir klubun sıravi bir işçisi də həll edir, bu öz yerində. Elə bil heç kim Azərbaycanda yaşamır, başqa planetdən gəlib. Sədəcə, bu təklifi Klublar Komitəsinin müzakirəsinə hansı ağıllı çıxarıb, bax, onun kimliyi maraq doğurur.
İşin maraq doğuran başqa bir tərəfi daha var: bu gülməli təklif zamanı klub nümayəndələri yenə ağızlarına su alıb oturublar? Çempionatın səviyyəsi günbəgün aşağı düşür, bölgələrdə futbol batıb gedir, siz bunların danışdıqları, müzakirə etdiyi mövzulara baxın. Amma dərinə gedəndə görüsən ki, yox, elə danışanların, elə müzakirə aparanların klubu da, çempionatı da elə belə olmalıdı...
Aydın BAĞIROV
[email protected]
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”