“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il “Qızıl top”a namizəd göstərilməklə futbol tarixində unikal rekorda imza atıb.
QOL.az xəbər verir ki, bu haqda “CentreGoals” portalı “X” sosial şəbəkəsində məlumat yayıb.
Messi ilk və son namizədliyi arasında 20 il fərq olan ilk futbolçudur.
Lionel ilk dəfə 2006-cı ildə dünyanın ən yaxşı futbolçuları sırasına daxil edilib. Ümumilikdə isə Messi 20 il ərzində 17 dəfə “Qızıl top”a namizəd göstərilib.
39 yaşlı forvard ötən mövsüm MLS-in qalibi olub və liqanın ən yaxşı futbolçusu seçilib. Argentina millisinin heyətində isə 2026-cı il dünya çempionatının finalına qədər irəliləyib.
Qeyd edək ki, argentinalı futbolçu 8 dəfə “Qızıl top” qazanıb. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə bu mükafata layiq görülüb. Messi daha əvvəl “Barselona” və PSJ-də çıxış edib və bu klublarla bir sıra mötəbər titullar qazanıb.
Bugünkü oyunu buraxacaq
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi