Messi İspaniyada daha bir klub aldı

Messi İspaniyada daha bir klub aldı
DÜNYA FUTBOLU 9 Sentyabr 2026 / 09:18 565
-  A +

“İnter Mayami”nin hücumçusu Lionel Messi İspaniyanın “Eldense” klubunun sahibi olmağa hazırlaşır.

QOL.az AS-a istinadən xəbər verir ki, argentinalı futbolçu Sequndada çıxış edən klubun səhmlərinin 100 faizini almaq barədə razılığa gəlib. Sövdələşmənin yaxın günlərdə rəsmən açıqlanacağı bildirilir.

Messinin “Eldense”ni hansı məbləğə aldığı hələlik açıqlanmır. Komandanın ev oyunlarını keçirdiyi stadion 5800 tamaşaçı tutumuna malikdir.

Bu, Messinin sahibi olduğu ikinci klub olacaq. O, bu ilin aprelində İspaniyanın 3-cü liqasında çıxış edən Kataloniya təmsilçisi “Kornelya”nı alıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner