Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu

Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2026 / 14:05 373
-  A +

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasının bombardirləri siyahısında Tomas Mülleri geridə qoyub.

QOL.az xəbər verir ki, norveçli forvard turnirdə keçirdiyi 59 oyunda 59 qol vurub. O, Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Portu” ilə görüşdə dubl edərək qollarının sayını 59-a çatdırıb.

Beləliklə, Haaland keçmiş “Bavariya”lı Tomas Mülleri (57 qol) geridə qoyub və turnirin ən məhsuldar futbolçuları siyahısında 7-ci pilləyə yüksəlib.

Siyahının 6-cı pilləsində “Real”ın hücumçusu Kilian Mbappe qərarlaşıb. Fransalı futbolçu 99 oyunda 71 qol vurub.

Çempionlar Liqasının tarixində ən yaxşı bombardir isə Kriştiano Ronaldodur. Keçmiş “Real” hücumçusu turnirdə 140 qol vurub.

Qeyd edək ki, “Mançester Siti” növbəti turda oktyabrın 14-də PSJ ilə qarşılaşacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner