"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi

"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇEMPİONLAR LİQASI 8 Sentyabr 2026 / 21:26 521
-  A +

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib. Turnirin ilk qarşılaşmalarından olan “Brügge” - “Aston Villa” matçında hesabı Birminqem təmsilçisi açıb.

QOL.az xəbər verir ki, Con Makqinnin dəqiq zərbəsi ilə “Aston Villa” 1:0 önə keçib. Beləliklə, klub bu mövsüm keçirdiyi 4-cü rəsmi oyunda ilk dəfə rəqib qapısına yol tapıb. Komanda Premyer Liqada “Brayton”a 0:4, “Arsenal”a 0:1 hesabı ilə uduzub, “Hall Siti” ilə isə qolsuz heç-heçə edib.

Əgər mövsümün başlanğıcı kimi UEFA Superkubokunda PSJ ilə oyunu da nəzərə alsaq, “Aston Villa” həmin görüşdə qol vurub. Lakin komanda 1:2 hesabı ilə məğlub olub. Beləliklə, Premyer Liqadakı ardıcıl 3 matçda qol vura bilməyib.

Qeyd edək ki, “Brügge” - “Aston Villa” matçı davam edir, ilk hissədə artıq 3 qol vurulub və Birminqem təmsilçisi 2:1 hesabı ilə öndədir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner