Lamin Yamal: “19 yaşında kapitan olmaq bir şərəfdir"

Lamin Yamal: “19 yaşında kapitan olmaq bir şərəfdir"
DÜNYA FUTBOLU 9 Sentyabr 2026 / 13:50 261
-  A +

“Barselona”nın hücumçusu Lamin Yamal komandanın 2026/27 mövsümü üçün 5 kapitanından biri seçilməsi ilə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, ispaniyalı futbolçu klubun saytına açıqlamasında  bu vəzifənin onun üçün böyük məsuliyyət olduğunu bildirib:

“19 yaşında kapitan olmaq bir şərəfdir. Komanda yoldaşlarıma çox minnətdaram. Bu rol üzərimə əlavə məsuliyyət qoyur. Çox şadam və komandam üçün əlimdən gələni etməyə çalışacağam”.

Qeyd edək ki, “Barselona”nın kapitanları müvafiq sıralanma ilə Rafinyo, Pedri, Erik Qarsiya, Frenki de Yonq və Lamin Yamaldır. Baş məşqçi Hans-Diter Flik kapitan və vitse-kapitanı şəxsən seçib, digər üç kapitan isə futbolçuların səsverməsi ilə müəyyənləşib.


Qarabağ FK
Son xəbərlər
topaz banner