Mahir Emrelinin yeni baş məşqçisi bilindi

Mahir Emrelinin yeni baş məşqçisi bilindi
XƏBƏR 9 Sentyabr 2026 / 01:52 180
-  A +

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu yeni baş məşqçi təyinatı olub.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tomaş Kaçmareklə 3 illik müqavilə imzalanıb.

Kaçmarek bu mövsümün əvvəlindən Ekstraklasa təmsilçisi “Radomyak Radom”u çalışdırıb.

Qeyd edək ki, ilk 6 turun nəticələrinə əsasən “Rakuv” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və hələ də xal qazana bilməyib. Mahir isə bu mövsüm “Rakuv”un heyətində bütün turnirlərdə 11-ci oyununda 6-cı qolunu vurub. Onun aktivində 1 məhsuldar ötürmə də var.


Qarabağ FK
Son xəbərlər
topaz banner