Ötən ay 1:6, dünən 0:7. U-21 millimiz təkcə Almaniya ilə 2 oyunda 13 qol buraxıb (4 oyuna 19 qol), 1 xalı belə yoxdu. Bizimlə eyni qrupda yarışan, dünən-srağagün FİFA və UEFA-ya üzv seçilən, Bakının yarısı boyda olan cırtdan Kosovonun isə 6 xal var.
Futbola külli-miqdarda (ümumilkdə 2 milyard dollara yaxın) pulun xərcləndiyi son 14 il üçün faciəvi mənzərədi bu. U-21 millisi hələ də qapısından 6-7 top buraxır, A milli isə yenə qrupunda 5-ci yeri tutur.
Tarixində ilk dəfə millinin 10 xal yığması kimi mənasız bir təsəllini bir kənara qoyub cavab verin görək, bizim futbol hara gedir, Rövnəq Abdullayev?
Bəlkə siz deyəsiniz, Elxan müəllim?
***
Gənc və yeniyetmə komandaların timsalındakı 0:7 və digər ağır məğlubiyyətlər adi bir futbol nəticəsi deyil. Dünənki rəzillik ölkədə ciddi futbolçu böhranının olmasının növbəti təsdiqidir. Kiçik istisnalarla U-21-dən əsas milliyə cəlb oluna biləcək bir futbolçu belə yoxdu. Çünki uşaq və gənclər futbolunun inkişafı üçün dövlətin AFFA-ya son 10 ildə ayırdığı milyonlarla pul normal və ağılla xərclənməyib. Xərlənsəydi bu gün neçə-neçə istedadlı azərbaycanlı futbolçu yetişərdi millilər üçün. Amma...
AFFA-da aşağı yaş qrupları üzrə milli komandalara nəzarət edən bir nəfər var. Almaniya futbolunun Azərbaycandakı uğursuz və pulsoran çetesinin, gərək ki, sonuncu təmsilçisidir. Nuh əyyamından burda çalışır. AFFA-dan, yəni SOCAR-ın ayırdığı puldan ayda 20-30 min maaş alır, Bakının ən bərkgedən yerlərindən birində yaşayır. Neftimizin sayəsində böyük bir sərvət əldə edib deyə bilərik. Onun birbaşa vəzifə borcu həm də aşağı yaş qrupu üzrə milli komandalara futbolçu tapmaqdır. Bernhard Lippert adlı bu adamı Azərbaycanın bölgələrində istedadlı uşaq axtararkən kimsə görübmü? Əlbəttə, yox.
Amma əvəzində o, AFFA rəhbərliyinin xeyir-duası ilə Azərbaycan milli komandalarına əcnəbi futbolçuları cəlb edir. Dağıstanlılar və əsasən Almaniyada yaşayan türkləri. Onlardan ikisi (Mustafa Özhitay və Serkan Baloğlu) dünən əsas heyətdə meydana çıxıb. Necə oynamalarına ən yaxşı cavabı hesab özü verir. Sözüm bunda deyil. Deməli, həmin legioner futbolçular Azərbaycana canları yandıqları üçün bura gəlmirlər, təbii ki. Onlara yaxşı pul xərclənir, həm də yəqin ki, buna görə yaxşı da pul yeyilir. İşin ən tragikomik tərəfi odu ki, bu oyunçuların nəinki bizə bir faydası dəymir, həm də Türkiyə millsində oynamağa bir balaca ümid yarananda “benim Azerbaycanda ne işim var, abi...” deyib qapını AFFA-nın və Lippert kimilərinin sifətinə çırpıb gedirlər.
Elə bu yaxınlarda Ozancan Kökçü adlı birisi belə etdi. Pullar da sovruldu havaya.
Tovuzda, Şəmkirdə, Mingəçevirdə və Azərbaycanın neçə-neçə şəhər və kəndlərində isə elə istedadlı uşaqlar var, top, forma almağa 3-5 manat pul tapmırlar, möhtərəm futbol çinovnikləri.
Və Lippertlər milli komandalarımıza nəzarət etdikcə, işlərə burunlarını soxduqca da ölkənin uşaq və gənclər futbolu zərbə almaqda davam edəcək, 0:7-lər hələ çox olacaq.
... Nə isə. Milliyə tez gəlib, futbolumuzdakı bu zərərli virusları təmizləyin Qurban müəllim!
Aydın BAĞIROV
[email protected]
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi