Bura gələndə 2009-cu il idi. Vətəni Albaniya, İsveçrə, Finlandiya və nəhayət, Ukraynadan sonra futbolçu karyerasında hazırkı və bəlkə də artıq sonuncu dayanacağı Azərbaycan, “Qarabağ”dı Ansinin.
Azərbaycanda oynayan yeganə legioner futbolçudu ki, azarkeşlər onu adı, yaxud soyadıyla deyil, daha çox “Qarabağ”ın məxsus olduğu Ağdam şəhərinin klassik müraciət formasında - “qaqa” deyə çağırırlar. Yəni Ansi belə deyək, artıq “Qarabağ”ın futbolçusu çərçivəsindən çıxmağı bacarıb. İndi o, təkcə bioloji olaraq bir alban deyil, həm də bir az ağdamlı, bir az qarabağlı, ən əsası bir azərbaycanlıdı...
Bu video İrəvanda çəkilib. Ansi Aqolli Ermənistan paytaxtından Azərbaycan xalqına salam göndərir...
***
- Ansi, how are you?
2012-ci ildi. Telefonuna yazdığım bu ismarıca verdiyi cavabdan donub qalıram. İngilis dilindəki sualı hansı dildə, daha doğrusu, hansı ləhcəylə cavablandırsa yaxşıdı? Qarabağ ləhcəsində!
“Sag ol, gaga, san natarsan?”
***
İngilis dilini yaxşı bilir. Bir müddət Ukraynada (“Krivbass” klubunda) oynadığından rus dilində də başa düşür. 8 ildi Azərbaycanda yaşadığı üçün artıq bizim dildə də azdan-çoxdan danışır. Amma mən ingilis dilini pis bilirəm. Ona görə də onunla hər dəfə ya rus, ya da Azərbaycan dilində söhbətləşirəm. Son görüşümüz 4 saatdan çox çəkib, özü də tərcüməçi-filan olmadan. Mənə o görüşdə təəccüblü və xoş gələn Ansinin rus deyil, daha çox Azərbaycan dilində danışmağa üstünlük verməsi oldu.
Azarkeşlər ona “qaqa” desə də, o, bu sözün sonuna bir hərf də əlavə edib başqalarına “qaqaş” deyə müraciət edir... Ofisianta necə səslənirdi?
- Qaqaş, kofe gətir...
***
- Qaqaş sözündən xoşun gəlir?
Azərbaycan dilində dağınıq, qırıq-qırıq danışaraq cavab verir:
- Bir dəfə taksi şofer dedim, qaqaş, İçerişahar sur. Dedi qaqaş ozunsan. Mən qaqayam.
Fikrini bizim dildə tamamlamağa çətinlik çəkdiyindən ingiliscə son nöqtəni qoyur: “He is from Agdam...”
Yəni o, ağdamlıydı...
***
- Necəsən? Səni təbrik edirəm, Çempionlar Liqasının qrupuna düşdünüz.
Artıq mesajlarımı ona Azərbaycan dilində yazıram. O da elə bizim dildə cavab yazır:
“Cok sag ol ay qaqa. Seni de tebrik edirem”. “Men yaxsiyam Masallah”. “Qarabağ” Masallah...”
***
Və bu gün onun – Albaniyanın azərbaycanlısının, Azərbaycanın albaniyalısının 35 yaşı tamam olur. Elə ona görə təbrikimiz də həm Azərbaycan, həm alban dilində olsun.
Ad günün mübarək, Ansi!
Ditëlindja e lumtur, Ansi!
Aydın BAĞIROV
[email protected]
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?