O çempionat və onu oyuncağa çevirən möhtərəm ağalar barədə, türk telekanallarının gurultulu anonsu olmasın, az sonra... Biz hələ ki, gedək İngiltərəyə, dünənki “Çelsi” – “Qarabağ” oyununa.
Hə, 0:6 istənilən komanda üçün çox pis məğlubiyyət, heç vaxt silinməyəcək bir qara ləkə kimidi. Nə qədər təmizləsən də, izi həmişə qalacaq. Amma bu məğlubiyyət ümummilli faciə deyil. Çempionlar Liqasında altı da yox, yeddi, hətta səkkiz top fərqi ilə uduzan komandalar olub. Son 4-5 ildə Avropanın tanınmış klublarından “Malmö” “Real”a 0:8, “Bazel” və “Şaxtyor” “Bavariya”ya 0:7, daha əvvəl - 2007/2008-ci il mövsümündə “Beşiktaş” elə İngiltərənin başqa bir təmsilçisi – “Liverpul”a 0:8 hesabı ilə uduzmayıbmı?
Gəlin, bir az sakitləşəyin. Qarşıda ÇL-də daha 5 oyunumuz var. Bu nəhəng yarışın, böyük komandalarla oyunlarımızın həyəcanını, zövqünü yaşayağın. Çünki bilmək olmaz, bu gedişlə bəlkə gələn ildən başlayaraq hələ uzun illər Çempionlar Liqasının qrupuna həsrət qalacağıq (məlum, artıq şərtlər dəyişir, qrupa düşmək yolu bizim çempion komanda üçün daha da çətinləşir).
***
Əlbəttə, Qurban Qurbanov özünün və futbolçularının səhvlərini yaxşı görür və bunu etiraf edir. Ümid edək, "Roma" ilə Bakıdakı oyuna qədər neçə vaxtdı havalı olan Şehiç özünə gələcək, ya da ehtiyat qapıçı Anton Kanibolotski əsas heyətə. Ümid edək, Ansi Aqolli o oyuna qədər zədəsini sağaldacaq. Yoxsa italyanlar da “Çelsi” kimi bizim sol cinahda at oynatmaqda davam edəcək. Ümid edək, “Qarabağ”ın müdafiə xətti daha dünənki qədər boşluqlar buraxmayacaq.
Və həm də ona ümid edək ki, bu gün “Qarabağ”ı nahaqdan topa tutan, futbolla yaxından maraqlanmayan əziz insanlarımız vaxt tapıb heç olmasa bir dəfə "Çelsi"nin özü və İngiltərə çempionatındakı oyunları ilə maraqlanacaqlar.
***
Bu yay “Çelsi” “Real”dan aldığı hücumçu Alvaro Morataya görə 80 milyon avro ödədi. 80 milyon avro bugünkü məzənnə ilə 162 milyon manat edir. 162 milyon manat isə indiki "Qarabağ"ın hardasa 10-12 illik büdcəsidi. İki komanda arasında bu və buna bənzər daha onlarla fakt sadalamaq olar. Amma təkcə bu bircə fakt yetərlidi ki, klublar arasında həm büdcə, həm futbolçu, həm səviyyə fərqini görə biləsən.
Lakin peşəkar futbolda klublar yalnız səs-küylü transferləri, futbolçuları, məşqçiləri, doğru idarəetməsi, güclü maliyyə dayaqları ilə yox, həm də iştirak etdiyi ölkənin çempionatının səviyyəsinə görə böyüyür, inkişaf edir.
İngiltərədə “Çelsi”nin iştirak etdiyi çempionatı Premyer Liqa adlandırırlar. Azərbaycanda “Qarabağ”ın iştirak etdiyi çempionatı da. Onlarda həmin yarışda 20 komanda oynayır, bizdə 8. Orda hər gün qabağa gedirlər, bizdə hər gün dala. Orda klublar özündən asılıdı, bizdə 8 komandadan 5-i federasiyadan. Oranın Ramin Musayevi “Mançester Yunayted”in işinə müdaxilə edə bilməz, amma bizim Ramin Musayev Tərlan Əhmədovu “Neftçi”yə gətirə bilər. Orda birinci diviziondan Premyer Liqaya çempion və vitse-çempionları buraxırlar, bizdə isə ancaq Rövnəq Abdullayevin oğlunun komandasını. Oranın AFFA-sı ilə PFL-i futboldan pul qazanır, bizim AFFA ilə PFL futboldan pul yeyir. Oranın Rövnəq Abdullayevi hər gün işə çıxır, bizim Rövnəq Abdullayev heç vaxt işə çıxmır (futbolda).
Orda “Çelsi” ilə rəqabət apara biləcək bəlkə 15 komanda var, bizdə “Qarabağ”la oynaya biləcək cəmi 1 komanda. Orda “Çelsi”nin hər oyununa 40 min adam gəlir, bizdə “Qarabağ”ın oyununa 500 adam. Ordakılar futbol məktəblərini öz ölkəsində, kəndində, kəsəyində açırlar, bizdəkilər yad və uzaq Almaniyada. Ordakılar klublar üçün futbolçuları İngiltərənin Tovuzunda axtarırlar, bizimkilər Dağıstanın Xasavyurtunda…
Orda Premyer Liqanı yaşadırlar, bizdə əzə-əzə məhv edirlər. Və bütün bu eybəcərliklərdən sonra sənin bir komandan AFFA-nın, PFL-in cənginə düşməkdən qurtulmağı bacarır, öz gücü ilə Çempionlar Liqasının qrupuna düşür. “Çelsi” ilə oynayır, sənə heç vaxt unutmayacağın bir futbol gözəlliyi yaşadır.
0:6-nı bir kənara qoyun, əsl futbolun dadını çıxarın, onu nəfəsinizə çəkin.
… Onsuz da bizim futbolda hər gün zəhər uduruq.
Aydın BAĞIROV
[email protected]
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi