Söz vaxtına çəkər, ötən ilin bugünləri ardıcıl məğlubiyyətlərdən və 0:8 hesablı tarixi “Qəbələ” biabırçılığından sonra AFFA “Neftçi”dəki uğursuz kadrı Elnur Məmmədovu göndərib idarəetməyə başqa bir nümayəndəsi – sonradan elə təxminən Elnur Məmmədovun bacarıqsız işgüzar yolunu gedəcək Orxan Hüseynzadəni gətirdi.
Gənc kadrdı, bəziləri dedi ki, peşəkar futbol idarəçiliyini əla bilir, “Neftçi”ni düzəldəcək. Amma Orxan müəllimin faktiki rəhbərliyi dövründə komanda ötən mövsümü rəzil sonluqla başa vurdu: 8 komanda arasında 7-ci yeri tutdu, kubok üzünə də həsrət qaldı. Dırnaqarası “xidmətlər”inə görə isə AFFA və SOCAR-dakı birgə qruplaşma bir medal qalmadı Orxan Hüseynzadənin sinəsinə taxmasın. Klub üçün acınacaqlı sonluqla bitən çempionatdan cəmi 2 ay sonra onu icraçı direktorluqdan çıxarıb prezident təyin etdilər.
Təəccüblü deyil ki... Tərsinədi bizdə çox şey.
“Neftçi”yə rəhbərliyindən 1 il ötür. Amma bircə metr irəli gedə bilməyib klub. Gələndə komanda harda idisə, elə indi də ordadı, 7-ci yerdə, cəmi 1 xalla. Hə, “Neftçi” cəmi bir xal toplayıb. “Neftçi”ni idarə edənlər də sərvət...
Yeyib gözləri doyandan sonra (əgər doysa, təbii ki) bu yazıq komandayla da maraqlansalar, pis olmaz.
***
Hələlik isə sadiq fədakar azarkeşlərindən başqa kiminsə vecinə deyil “Neftçi”. Nə Orxan Hüseynzadənin, nə də onun AFFA və SOCAR-dakı ağalarının.
Elə bilirlər tribunalarından günbəgün yoxa çıxan (haqlı olaraq) azarkeşlərinə hansısa rəngbərəng kartlar hazırlayanda rəhmətlik Banişevski dirilib bunların futbolçuları əvəzinə qollar vuracaq. Futbolçu dedim, yadıma düşdü, problemlərin kökü bilirsiz həm də hardadı? Xaricdə harda zay oyunçu var, gətirib dürtürlər komandaya.
Bu işin arxasındakı menecerlər isə gedir bağlanır təbii ki, AFFA-nın rəhbərliyinə. Məsələn, Riyad Rəfiyev federasiyada çalışır, milli komandada hansısa vəzifəsi də var. Amma o, həm də “Neftçi”yə futbolçu gətirir və buna görə yaxşı pul qazanır. Kamil Məmmədov isə tanınmış menecerdi. Zamanında Berti Foqtsu Azərbaycana gətirdiyinə görə ölkə onu və ona dəstək olan AFFA-nı həmişə sevə-sevə xatırlayacaq. Sözüm Foqtsda deyil. Hər nə hikmətdirsə, Kamil Məmmədovla Riyad Rəfiyevin “Neftçi”yə gətirdikləri futbolçular da Foqts kimi yararsız çıxırlar. Ən acınacaqlısı da odu ki, bu futbolçulara nə qədər pullar xərclənir. Yəqin ki, illik milyon dollardan çox. Amma topası heç 10 manata dəymir.
Yəni, qısa desək, futbol zövqləri, futbolçu seçimləri bu qədər “yüksəkdir”...
Amma əsas odu, onlar AFFA ilə birgə istədiklərini edirlər, kimi istəyirlər “Neftçi”yə gətirirlər, sənəddə vəzifəsi prezident olan Orxan müəllim də buna ya heç nə demir, ya da əlbəttə, deyə bilmir.
Beləliklə də klubun büdcəsi havaya sovrulur, nəticələr isə... Göz qabağındadı.
***
Dünən Premyer Liqada “Neftçi” “Sumqayıt”a uduzdu. Bayaq Banişevskidən söz açmışdım, rəhmətliyin ruhu sakit deyil yəqin ki. Çünki son 3 ildə bu, “Neftçi”nin çempionat və kuboklarda 47-ci məğlubiyyəti idi...
Təsəvvür edirsiniz, 47-ci məğlubiyyəti...
...O kresloda rahat otura bilirsiz, Orxan müəllim?
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada