Dünən o, bir futbolçu üçün ömrünün sonuna qədər unutmayacağı bir səhvi etdi. Norveçlə oyunda öz qapısına qol vurdu. Gərək ki, milli karyerasında 4-cü avtoqolu idi.
Klubundakı və millidəki oyunlarına görə çox yorulub. Artıq fiziki olaraq çatdırmaqda çətinlik çəkir. Təbiidir. 35 yaşındadır. Yəni bu yaşda olan hər bir futbolçunun üzləşəcəyi bir durumdu..
Amma barmağı qapı arasında qalanda bu ölkənin (futbolda) gözü həmişə onu axtarıb. Ən son “Kopenhagen” – “Qarabağ” oyununda, əsasən də son 10-15 dəqiqədə hamı dua edirdi ki, kaş meydanda olaydı, komandasına kömək edəydi. Meydana çıxdı da, bacardığı qədər kömək etdi də, komandası hamının arzuladığı o qrupa düşdü də.
Yadınızdan çıxmayıb? Çıxmaz axı. Cəmi onca gün keçib. Və bu gün həmin Azərbaycan insanı ona “futboldan get” deyir...
Hörmətsizcəsinə, mərhəmətsizcəsinə, ədalətsizcəsinə...
***
Təbii, zamanı çatanda gedəcək millidən. Çox qalmayıb. 1 ilmi, 2 ilmi, 3 ilmi? Onda yeri daha çox görünəcək, qədri daha çox bilinəcək. Və onda heç bir futbolçumuz həkimlərin qadağasına baxmayaraq, zədəli olduğu halda karyerasını dünənki kimi böyük risk altına qoyub meydana çıxmayacaq. Milli komanda qalacaq gününü qalyanxanada keçirib İnstagramda fotolar paylaşan xaraktersiz futbolçuların, meyxana deyən tiplərin ümidinə. Və o futbolçulardan heç biri də “Günahkar axtarırıqsa, birinci günahkar mənəm” kimi cəsarətli, əsl kapitana və qürurlu şəxsiyyətə yaraşan açıqlama da verməyəcək, başqaları daha çox təqsirkar olduğu halda bütün məsuliyyəti öz üzərinə götürməyəcək.
Hə, getməlidi millidən. Amma indi yox. Əsl zamanı yetişəndə, davamçısı olanda. İndi isə millidən və bütövlükdə futboldan getməli olan Rəşad deyil.
Kimdi? Kimlərdi?
Məgər bunu bilmək elə çətindi?
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada