Allah kəssin futbola belə baxmağı.
Yazıq azarkeş, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyununu İnternetdən zülmlə, görüntü dona-dona, əsəbləri tarıma çəkilə-çəkilə izləməli oldu. Pul verib yayımı almayan AzTV-ni qınayaq, “Qarabağ”ı qınayaq, yoxsa bizimkilərdən insafsızcasına 100 min dollar istəyən “Şerif”imi? Texniki xırdalıqlar bizlik deyil, amma səbəb hər nə olursa-olsun, neft ölkəsi, milyonları olan dövlətin vətəndaşı bu oyunu görməliydi. Görə bilmədi... Milyonlarla azarkeş, “Qarabağ”sevər komandasının vurduğu qollardan sonra içində yığılıb qalan enerjini “Qoool” deyə qışqıraraq içindən tam çıxarmalıydı, çıxara bilmədi...
Amma unuduruq. Unudacağıq bu rəzilliyi də. “Qarabağ”a görə unudacağıq.
***
Nədi axı “Qarabağ”ın uğuru? Klubun qurduğu düzgün strategiya, Qurban Qurbanovun bir məşqçi kimi yüksək peşəkarlığı, komandada yaratdığı xoş-ab hava? Bəli, bütün bunlar bir klubun təməl prinsipləridir. Amma “Qarabağ”ın uğurları tək bu da deyil. Həm də ordakı dürüstlükdü, təmizlikdi...
Məsələn, Əmrah Çəlikəl Tahir Gözələ pul atmır, Qurban Qurbanov da Əmrah Çəlikələ.
İnkişaf həm də ondan başladı ki, Qurban Qurbanov 100 minlik (şərti olaraq) normal əcnəbi futbolçunu “Qarabağ”a 80 minə gətirə bilirdi (gətirir də), amma məsələn, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”də 50 minlik yararsız bir futbolçunu öz sahibinə “300 minə almışıq” deyə kələk gəlirdilər...
Bir yerdə əliəyrilik, dələduzluq olanda sonluq da acınacaqlı olur, təbii ki. Hardadı Azərbaycan futboluna qısa zamanda xeyli istedad bəxş edən “Bakı”? Hardadı “Xəzər Lənkəran”? Doğma komandalarına sadaqətlə bağlı olan Cənub bölgəsindəki o qədər insan niyə futbolsuz qalmalı idi?
Və niyə “Qarabağ” yaşayır? Özü də təkcə yaşamır, həm də günbəgün inkişaf edir, özünə şəhərin mərkəzində fan-şop açır, əsl peşəkar klub kimi – təkcə milyon xərcləmir, həm də UEFA yarışlarından milyonlar qazanmağa başlayır.
***
1992-ci ildə britaniyalı bəstəkar Toni Britton Avropa Çempionlar Kuboku - indiki Çempionlar Liqası üçün bir himn yazdı. Əsəri səsləndirmək London yaxınlığında yerləşən bir kilsənin akademik xoruna həvalə edildi. Nəticə? ÇL-in hər oyunundan əvvəl səslənən 37 saniyəlik bu himn nəhəng bir əsərə çevrildi. Düz 25 ildir Çempionlar Liqasının oyunları bu möhtəşəm əsərlə başlayır.
Buyurun, nə vaxtsa canlı eşitmək arzusunda olduğumuz himn bu ay ilk dəfə olaraq Azərbaycanda da səslənəcək.
Gəlin, Respublika stadionuna komandanıza dəstək də olun, tüklərimizi biz-biz edən o əzəmətli əsəri canlı olaraq dinləyin də.
... Və “Qarabağ”a sağ ol deyin!
Aydın BAĞIROV
aydı[email protected]
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi