Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ"ın əfsanəvi kapitanının 71 illiyinə
Necə futbolçu olduğunu görməmişəm.
O, futbol oynayanda mən hələ doğulmamışdım, mən doğulanda isə o futbolda yox idi.
Onu bizə futbol tanıtmadı. Döyüş meydanlarındakı, Qarabağdakı artıq az qala dastana çevrilən qəhrəmanlıqları tanıtdı.
Və onu qəlblərdə yaşadan da, onun adını bu gün futbola qaytaran da - formalarının üzərinə yazdıran da, futbol tribunalarında böyük pankartlarını açılmasına səbəb olan da bu qəhrəmanlıqlarıdı.
Və o adı yaşadan həm də özünə "Allahverdinin əsgərləriyik" kimi şərəfli şüar seçən "İmarət" fan klubunun fədakar üzvləridi.
***

Allahverdi Bağırovla cəmi bir dəfə ünsiyyətim olub.
Ağdamın diri vaxtları idi. Yaşım olardı 10, ya 11. Özümdən 4-5 yaş böyük oğlan hər dəfə onların küçələrindən keçəndə mənə söz atır, vurmaq istəyirdi. Rayon yerlərində adət etdiyimiz şey idi bunlar. Və bir dəfə Ağdamın bulvarında həmin oğlan yenə qarşıma çıxıb söz atmağa başladı. Belə vaxtlarda bəzən Fariz köməyimə çatardı. Onda əlbəttə, hələ karate, kikboks və boks üzrə dünya çempionu deyildi. Amma cəld idi, 2-3 nəfərin öhdəsindən təkbaşına gələ bilirdi. Tərslikdən bu dəfə yanımda deyildi Məmmədov.
Qarşımdakı yekəqarın, burnuəyri, əyin-başından kilolarla kir tökülən oğlan sırtıqlığından əl çəkmir. Məndən də böyükdü axı, davaya girsəm, gücüm çatmayacaq. Və bu zaman köməyə nə çatır? Hə, o ənənəvi uşaq üsulu.
Yerdən bir daş götürüb, heç nə fikirləşmədən çırpdım bunun təpəsinə… Başından qan açıldı. Üstümə şığıdığını görüb qaçdım. Gəlib, bulvarın yanındakı restorandan keçəndə bir nəfər qolumdan tutdu.
Allahverdi Bağırovu o dəqiqə tanıdım. Atamla uzun illərin dostu idilər (restoran Allahverdi Bağırovun idi).
- Kimin oğlusan?
- Rövşənin.
- Niyə qaçırsan, ə?
Danışdım hər şeyi.
Və ətrafa baxanda yanımda başından hələ də qan gələn o oğlanı gördüm. Yazığım gəldi, düzü. Alllahverdi Bağırov bizi elə oradaca barışdırdı. Dedi, bir-birinizə əl verin, bir də dava etməyin və bir böyük kimi məsləhət gördü ki, özündən kiçiklərə əl qaldırma. Oğlan getdi və onu bir də heç vaxt görmədim.
Sonra məni yanında oturtdu. Kimləsə yeyib-içirdi. Bir az söhbət elədik. Bir o yadımda qalıb ki, axırda mənə də iradını bildirdi:
- Dava edəndə heç vaxt qaçma!
O heç vaxt heç kimin qabağından qaçmadı...
Və Allahverdi Bağırov yaddaşımda həm də bu iki məsələyə daha çox qaldı: 2 uşağın gələcək münaqişəsinin qarşısını alan ədalətli insan və mərd şəxsiyyət kimi...
Aydın BAĞIROV
[email protected]
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada