Azərbaycanda bir idman jurnalı “Kəpəz”in baş məşqçisi Şahin Diniyevi ilin məşqçisi elan edib.
Bu seçim hansı meyarlar əsasında aparılıb, Diniyevə kim səs verib, hansı idman jurnalistinin və ya futbol adamının rəyi nəzərə alınıb? Bunu bilən yoxdu. Olmayacaq da. Çünki ümumiyyətlə, seçim olmayıb! Əgər məsələn, həqiqi seçim keçirilsəydi, əlbəttə ki, Şahin Diniyev 2016-cı il üçün ölkənin ən yaxşı baş məşqçisi olmayacaqdı, ola da bilməzdi. Amma kimsə nəyə görəsə, bəlkə də kiminsə xatirinə bu seçimi edib. Sözüm bunda deyil. Ölkədə az qala hər ay dəxli olan və olmayan o qədər “seçimlər” olur ki, layiq olmayan o qədər adama mükafat verilir ki...
İşin qəribə tərəfi bu deyil. Şahin Diniyevin mükafatlandırma mərasiminə gedib layiq olmadığı adı heç nə olmamış kimi qəbul etməsidi.
Amma etməməli idi...
Səbəb? Buyurun, Diniyevin 2016-cı il üçün nəticələrini cəmi 1 cümlədə veririk: 39 oyunda, 14 qələbə, 16 məğlubiyyət. Məğlubiyyəti qələbəsindən çox olan birinə hansı ölkədə “ilin məşqçisi” adı verilərdi? Təbii ki, gözəlim Azərbaycanda!
Tərsinədi axı, ölkədə çox şey.
Bəzi azarkeşlər (içərilərində hətta futbol jurnalistikasıyla məşğul olanlar da var) Şahin Diniyevdən süni qəhrəman da yaradırlar ki, “Kəpəz”lə Avroliqada mərhələ adlayıb... Pul olmaya-olmaya bir mərhələ. Tamam. Bəs “Kəpəz” avrokuboklara necə düşüb? “Zirə”nin Avroliqaya buraxılmamasına görə. 5-ci pilləni tutan komanda kimi....
Və “Kəpəz”in 5-ci yeri tutduğu həmin çempionatda qalib “Qarabağ” olub. Bunu mükafatı verən “Olimpsport” jurnalına deyil, elə Diniyevin özünə xatırladırıq. Həmin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov təkcə ötən il avrokuboklarda bir də deyil, neçə mərhələsə adlayaraq Avroliqanın qrupuna (Şahin Diniyev kimi ikinci təsnifat mərhələsinə yox a!) düşüb...
Roman Qriqorçuk – o isə “Qəbələ”nin baş məşqçisidi – çempionatda 5-ci yox, 3-cü yeri tutaraq Avroliqaya vəsiqə qazanıb. Halal haqqı ilə... Düz 4 mərhələ adlayaraq o da qrupa düşüb...
Robert Prosineçki. O da milli komandamızın baş məşqçisidi. Rəsmi 4 oyuna 7 xal qazanıb... Prosineçki heç olmasa bunu edə bilib. Bəs, Şahin Diniyev nəylə yadda qalıb millidə? KVN-dəki məşhur epizodla?
Amma Diniyev heç nə olmamış kimi, özünü olmayan nəticələri ilə bütün həmkarlarından üstün tutaraq, bu adı qəbul etdi.
Əslində isə o, Qurban Qurbanov, Roman Qriqorçuk, Robert Prosineçki olan yerdə bu mükafatı qəbul etməməliydi. Həmkarlarına, ən çox da özünə hörmət olaraq qəbul etməməliydi. Ən azı bir bəhanə ilə təqdimetməyə germəməli idi. Amma nəinki o mərasimə getdi, hətta “bu adı almaq mənim üçün sürpriz oldu” dedi...
Və elə bu mesaj “mən bu ada layiqəm” demək idi. Hamıdan üstünəm demək idi...
Amma siz bu ada layiq deyildiniz, o məşqçilərdən üstün deyildiniz.
Elə ona görə də sizi təbrik etmirik, Şahin Diniyev!
Aydın BAĞIROV
[email protected]
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı
"Real" ilk dəfə belə uğur qazanır
"Sportinq"in baş məşqçisi 5:0-dan danışdı
“Şamaxı” - “Araz-Naxçıvan”: Heyətlər
Premyer Liqada daha 5 oyunun hakimləri açıqlandı
ÇL-in oyunları bu kanallarda
Qvardiola "Mançester Siti"dəki gələcəyi ilə bağlı nə dedi?
"Neftçi”yə təklif olunan həmin futbolçular mənə lazım deyil”
"Bodo-Qlimt"in baş məşqçisindən vida açıqlaması
Liverpul küçələrində "Qalatasaray" atəşfəşanlığı - Video
AFFA rəsmisi “Barselona” – “Nyukasl” oyununda
"Real" "Mançester Siti"yə belə qalib gəldi - Video
Riçard Almeydanın yeni klubu
Seneqaldan çempionluq alınıb Mərakeşə verildi! - Şok qərar
"Bodo-Qlimt" ÇL-lə vidalaşdı, "Real" və PSJ 1/4 finalda
"Fənərbaxça"dan böyükhesablı qələbə
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi