Boris Xetaqurov 76 illik ömrünün düz 50 ilini Azərbaycan futboluna sərf edib. Yaşayan əfsanədi. Üst-üstə düz 42 il isə “Neftçi”də çalışıb. 42 il! Amma günün birində dünən futbola gələn Elnur Məmmədov adında bir cavan oğlan (heç 40 yaşı olmaz) Boris Xetaqurova deyir: “Yerinə başqa adam gətirmişik”.
***
Bu gün mənim dəvətimlə Qol.az saytının qonağıydı. Müsahibə verməyə gəlmişdi. Yaxın günlərdə saytda onunla geniş müsahibəni də oxuya bilərsiniz. Uzun söhbətimiz hərlənib-firlanıb indiki “Neftçi”yə gələndə bayaqdan üzünə hopmuş o nurlu sima qəzəbə döndü, hirsindən əlləri əsməyə, üzü qızarmağa başladı. “Bağışla, hirslənəndə belə oluram...”
...Və Boris Xetaqurovun gözündən yaş gəlməyə başladı.
Elnur Məmmədov, Çingiz Abdullayev!
Xetaqurovun gözündən tökülən o yaş həm də bütövlükdə Azərbaycan futbolunun göz yaşı, faciəsidi, bunu qulağınızda sırğa edin!
***
Bu kiçik istefa müraciətini diqqətlə oxuyun. Mətbuatda ilk dəfə dərc olunur.
“Neftçi” PFK-nin icraçı direktoru E.Məmmədova
Sürəti: “Neftçi” PFK-nin Müşahidə Şurasının sədri Ç.Abdullayevə
Hörmətli Elnur müəllim!
“Neftçi” futbol klubunun baş həkimi kimi mənə qarşı qəsdən və qərəzli mövqe nümayiş etdirməklə, məni alçaldan bir şərait yaratmısınız və bu da mənə futbol komandasında işimi davam etdirməyə mənəvi və peşə hüququ vermir.
Yuxarıda qeyd olunanlardan irəli gələrək, məni tutduğum vəzifədən azad etməyinizi xahiş edirəm.
B.Xetaqurov,
Azərbaycanın Əməkdar həkimi
İdman tibbi üzrə ali dərəcəli həkim”
***
İndi gələk bu müraciətin yazılma səbəbinə. Başqa sözlə, Boris Xetaqurovun - bir canlı əfsanənin timsalında Azərbaycan futboluna, onun önəmli simalarından birinə qarşı törədilmiş mənəvi cinayətə.
Təbiətcə sakit adamdı Xetaqurov. Və görünür bu səbəbdəndi ki, ta uzaq 1965-ci ildən başlayaraq, düz 2003-cü ilə qədər (38 il) “Neftçi”də işləyib. 2004-2010-cu illərdə Mübariz Mənsimovun şəxsi dəvəti ilə “Xəzər Lənkəran”da fəaliyyət göstərib. 2011-ci ildə bu dəfə Sadıq Sadıqovun dəvəti ilə “Neftçi”yə qayıdıb və 2015-ci ilə qədər (4 il) orda çalışıb. Sadıq Sadıqov gedəndən sonra isə...
Necə ki, “Neftçi” klubuna fədakarlıqla xidmət etmiş neçə-neçə insan Elnur Məmmədovun gəlişindən sonra klubu tərk etməli oldu, Boris Xetaqurov da axırda bezib eyni addımı atır. Daha doğrusu...
Bunu isə Xetaqurov özü danışır:
“Elnur Məmmədov mənim rəhbərlik etdiyim bütün həkim heyətini otağına çağırdı. Yanındakı cavan oğlanı göstərib dedi ki, bundan sonra “Neftçi”də dərman ləvazimatlarının alınması, siyahısının tərtib olunmasına o baxacaq. Adı yadımda qalmayıb onun. Bilmirəm, indi “Neftçi”də işləyir, ya yox... Bir neçə gün keçəndən sonra isə növbəti dəfə bizi otağına çağırdı. Və bildirdi ki, bu adam (həminki oğlan) “Neftçi”nin baş həkimi təyin olunur! Yəni mənim yerimə. Əvvəldən məni çağırıb, çox yox, beşçə dəqiqə danışıb, hörmət əlaməti olaraq, fikrimi öyrənsəydilər, bu qədər yer eləməzdi mənə. Məni - Azərbaycan futboluna, tibb idmanına 50 il xidmət etmiş bir adamı bax bu şəkildə uzaqlaşdırlar “Neftçi”dən. Yəni ərizə yazıb çıxmağım üçün bütün bütün şəraiti yaratdılar. Elnur Məmmədovla Çingiz Abdullayevin adına yazdım müraciəti. Amma onların heç biri müraciətə şəxsən özləri cavab vermədilər...”
***
Amma “Neftçi” tarixi adına ləkə bununla da bitmir. Demə, Xetaqurovun istefasından 10-15 gün sonra onun 75 illik yubileyi imiş. Amma klub rəsmi, qeyri-rəsmi, heç olmasa saytı vasitəsilə olsa belə, onu bir cümlə ilə təbrik etməyi, özünə rəva bilmir...
Elə bil heç bu adda adam “Neftçi”nin tarixində heç olmayıb.
***
42 il “Neftçi”yə xidmət edən və uzun müddətdə heç kimlə problemi olmayan bir insanı Sadıq Sadıqovun klub prezidenti vəzifəsindən gedişindən bir neçə ay sonra bax belə hörmətsiz şəkildə çıxarıblar “Nefçi”dən...
Amma bu gün bu adam diktofonu qoşub ilk sualı verməmiş özü söhbətə “Neftçi”, onu tarixi, dəyərini yada salmaqla başladı: “Mən “Neftçi” klubundan xahiş edirəm ki, Banişevskinin geyindiyi 9 nömrə klubda əbədiləşdirilsin və heç kim bu forma altında oynamasın. Bu təcrübə Avropada çox klubda var. Elə “Neftçi”də də olmalıdı. Çünki Banişevski bizim tariximizdi”.
Elə siz də tarixsiz, hörmətli Boris Xetaqurov, canlı tarix... Elə bu böyüklüyünüz də Banişevskinin timsalında futbol tariximizə verdiyiniz qiymətdən irəli gəlir.
...Sizi “Neftçi”dən uzaqlaşdıranlara gəlincə, qoy, onların haqda nə deyəcəklərsə, bu yazını oxuyanlar desin.
Aydın BAĞIROV
[email protected]
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas