Həmin şəkli Tahir Süleymanov "Facebook"da paylaşıb. Maraqlı gəldi. Yazının sonunda olacaq. 5 medal görürük orda: 3-ü çempionluq, 2-si kubok medalıdır. Sadıq Sadıqovu, Tahir Süleymanovu bəyənmirdik, çox tənqid edirdik. Amma onların rəhbərliyi dövründə qazanılıb o mükafatlar.
İndiki “Neftçi”nin halına baxın: 7-ci yer. Təpədən dırnağa qədər rəzil bir durum. Büdcəsi yalnız “Qarabağ” və “Qəbələ”dən geri qala bilər e. Amma Çingiz Abdullayevin sədrliyi, Elnur Məmmədovun da parlaq idarəçiliyi sayəsində “Neftçi” az qala pulsuz oynayan “Kəpəz” və AZAL-dan da geridə qalıb.
İndi Avroliqaya gedəcəkləri sual altındadır, amma bunlar boş-boş xəyallar qururlar. Biri gələn il çempion olacaqlarından danışır, o biri də Çempionlar Liqasının qrupuna düşəcəklərindən.
Nəynən Çingiz müəllim?
Kimnən Elnur bəyəfəndi?
Futbol klubu pen-klub deyil ki, ildə 1-2 bəyanat yazmaqla uğur qazanasan.
Ya da harda görünüb ki, anektod danışmaqla, piano çalmaqla çempion olasan?
Müşahidə Şurası, adınıza uyğun bir müşahidə aparın də. Məsələn, indi çıxış etdiyiniz yarışı müşahidə edin. Rusun sözü olmasın, bezdarnı bir çempionatımız var. Azərbaycanda hələ indiyə qədər heç vaxt futbol adına belə utancverici durum olmamışdı. Hələ ilk 5-6 turdan sonra bilinir ki, “Qarabağ” çempion olacaq. Rəqabət deyə bir şey qalmayıb. “Qarabağ” istənilən komandanı az qala bir ayaqla oynamaqla da uda bilər.
Görün, çempionatımız nə qədər biabırçı durumdadır ki, debütant “Zirə” məhdud büdcə ilə gəlib ikinci yerə çıxıb. Komandanın zəhmətini yerə vurmuram. Amma gerçəklik budur ki, 2-3 il əvvəl bu “Zirə” ilk beşliyə belə daxil ola bilməzdi. “Kəpəz” də indiki maddi durumuna və heyətinə görə həmçinin.
Bunları niyə qeyd edirəm?
O Müşahidə Şurasında oturanlar, “Neftçi”ni içəridən və çöldən idarə edənlər papaqlarını göyə atıb şükür etsin ki, əvvəlki “Xəzər Lənkəran”dan əsər-əlamət qalmayıb, “Bakı” birinci diviziona düşüb, “Simurq” da dağılıb.
Ən azı bu üç komanda indi normal durumda olsaydı, indi bilirsiz də “Neftçi” hardaydı? Axırıncı yerdəki “Rəvan”ın yerində... Olurdun yenə futbolumuzun lideri. Amma bu dəfə turnir cədvəlinə tərsinə baxanda.
Hə, indi aşağıda haqqında bayaq söhbət açdığım şəkli paylaşıram. “Neftçi” rəhbərliyi baxsın, diqqətlə baxsın və özü-özünə sual versin: belə medalları qazananların mükafatı alqışdısa, qazana bilməyənlərinki nədi?
Aydın BAĞIROV
Yuxarı
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı