…Tallin səfərim, təəssüf ki, məyus sonluqla bitir.
O dərəcədə ki, bu maraqlı şəhərdən, fərqli rənglərə bürünmüş binalardan təəssüratımı bir cümlə ilə ifadə etməyi belə futbol azarkeşinin heysiyyatına toxunmaq kimi qəbul edirəm.
Çünki futbolumuzun qara epoxasıdır.
Bu sətirləri də milli komanda ilə birgə qayıtdığım təyyarədən yazıram. Baxıram ətrafa, hələ kefsiz olanlar var, dünənki rəzil məğlubiyyəti bir sutka keçməmiş unudanlar da.
Bilirəm, yazıya neqativ tonda başlayıram, amma müsbət nəyəsə köklənməyə də bir səbəbim yoxdur.
Gələcəkdə hər zaman hər şeyin yaxşı olacağına inanan, əmin olan biri kimi futbolumuzla bağlı bədbinliyim heç vaxt olmadığı qədər dərindir. Ən çox da gələcəyimizə görə. Biz hara gedirik?

Azərbaycan milli komandası Estoniyaya da uduzdu.
3 oyundan nəinki bir qələbəmiz, heç bir xalımız da yoxdur.
Görün, artıq hansı vəziyyətə gəlib çatmışıq ki, bu günə qədər yüzmilyonlarla pulun xərcləndiyi Azərbaycan millisi yüksəlmək əvəzinə eniş istiqamətinə gedişini daha da sürətləndirib. Bu dəfə artıq yerin düz dibinə doğru. Futbolda bir milli üçün yerin dibi hara ola bilər? Bəli, Millətlər Liqasında ən zəif 6 komandanın yarışdığı D divizionu.
Ora da azca qalıb. Təhlükə qapımızın qarşısındadır. Bu gün-sabah təpik vurub içəri girəcək.
Amma bundan narahatlıq keçirən, ümumiyyətlə, bu ağır durumun fərqində olan, futbola canı yanan varmı görəsən?
Bu sual əlbəttə, AFFA-nın prezidentinə, həm də vitse-prezidentlərinədir.
Rövşən Nəcəfədir.
Sərxan Hacıyevədir.
Balakişi Qasımovadır.
Cavab verməli olanlar həm də bu rəhbərliyi seçən, milliyə baş məşqçi təyinatına təsir imkanı faktiki olmayan AFFA-nın İcraiyyə Komitəsinin dekorativ üzvləridir.
“Uman yerdən küsərlər” deyiblər.
Görünən odur ki, ən kritik məqamlarda Qurban Qurbanovu belə eşitmirlər, rəyinə ehtiyac duymurlar. Elə isə o komitədə qalmağın nə mənası var ki? Qurban Qurbanov, fikrinizi, enerjinizi “Qarabağ”a həsr edin. Onsuz da olan-qalanımız bir tək “Qarabağ”dır, ona da nankorluq edənlər hər addımda fürsət gözləyirlər…
Hə, meydana çıxıb futbol oynayan AFFA rəhbərliyi deyil, təbii ki. Komandamıza bir xeyli futbolçu qırığı da toplaşıb. Dünən çoxusu meydanda idi, amma fikirləri harada idi, bax, o sual açıq qalır. Təmsil etdikləri Qalib Dövlətin bayrağındamı, yoxsa SOCAR-ın ayıracağı premiyadamı?
Hər gün o bayrağı Zəfər Bayrağına çevirmək üçün yüzlərlə azərbaycanlı oğlu erməni ilə döyüşdə can qoyur, qan tökürdü.
Bu gün millidə start heyətə çıxan Aleksey İsayev isə həmin günlərdə İnstaqramda erməni dostu Xoren ilə şəklini fəxrlə paylaşırdı. İndi siz deyin, o bayraq üçün Aleksey İsayev can yandıracaqmı? Estonlarla oyunda orta xəttin bacarıqsızlığı həm də İsayevə görə idi.
Yaxud Ramil Şeydayev. Milli üçün tamamilə faydasız və zərərli oyunçuya çevrilən birindən meydanda gəzməkdən başqa nə gözləyə bilərdik ki?
Bədavinin, Rahilin səhvləri dayanmaq bilmir ki, bilmir.
Bəs, Coşquna nə olub? Peşəkar adlanan bir oyunçu elə dərrakəsiz ötürmə edərmi ki, komandası da qol buraxsın?
Maşallah, Renat Dadaşovun isə boyu günbəgün uzanır, artır. Bir tək artmayan isə futbol beyni, hücumçu təcrübəsidir. O artmayanda da oynayacağı ən yaxşı əcnəbi klub elə Türkiyə birinci liqasında olacaq…
Və bütün bu qaramatın ortasında bir futbolçu var ki, heç olmasa o bir quru sağ olu haqq edir…
Elvin Cəfərquliyev.
1-ci saniyədən ta son saniyəyə kimi canını meydanda qoyub savaşan oğlan.
Məğlubiyyətdə imzası olmayan FUTBOLÇU…
***
Təyyarənin pəncərəsindən havanın qaraldığı görünür.
Bakıya enirik.
Dünən axşam elə bu saatlarda stadionda bir eston uşağı sevincindən hayqırırdı: “Axır ki, biz də qələbə qazandıq”.
Eston qələbə qazanıb.
Biz uduzmuşuq.
Bu, Fernandu Santuşun parlaq “əsəri”dir. Seyr edin: 3 oyun, 3 məğlubiyyət.
Belə yerdə deyirlər, idarəetmənizə… Sıfır.
Aydın Bağırov
Tallin-Bakı reysi
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko