Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Sabah" və "İmişli" komandaları qarşılaşıb. Qarşılaşma "Sabah"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
QOL.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas komandasının nümayiş etdirdiyi oyundan razılığını ifadə edib:
"Qazandığımız bu qələbədən çox məmnunam. Etiraf etməliyəm ki, bu cür meydançada oynamaq həqiqətən çox çətindir. Xüsusilə texniki cəhətdən üstün komandalar üçün 10-15 metrlik ötürmələri belə dəqiq yerinə yetirmək böyük problem yaradır. Bu uğura görə bütün "Sabah" ailəsini təbrik edirəm. Şükürlər olsun ki, bu çətin səfərdən itkisiz və zədəsiz ayrılırıq. Artıq növbəti turdakı "Sumqayıt"la qarşılaşmanı düşünürük. Bütün diqqətimizi həmin oyuna kökləyəcəyik".
Mütəxəssis hücum xəttindəki itkilərə rəğmən komandanın nümayiş etdirdiyi stabilliyin səbəblərinə də aydınlıq gətirib:
"Bunun xüsusi bir sirri və ya hazır resepti yoxdur. Sadəcə olaraq futbolçularımız verilən tapşırıqları meydanda peşəkarcasına icra edirlər. Artıq komandamızın öz oyun stili və oturuşmuş sistemi yaranıb, oyunçular da bu mexanizmə tam uyğunlaşıblar. Gənc oyunçularımız olan Maluda, Xəyal və Umaralinin ümumilikdə 15 qola imza atması, Mikelsin mütəmadi fərqlənməsi sevindirici haldır. Lakin mən kimisə fərdi şəkildə fərqləndirmək istəməzdim. Kim meydana daxil olursa, komandanın ümumi uğuru üçün öz töhfəsini verir. Məsələn, Kahim Parris bir müddət meydandan uzaq qalsa da, son matçlarda vacib qollar vurur. Sekidika da zədədən qayıdıb və formasını bərpa etməkdədir".
Dambrauskas komandanın inkişaf potensialına inandığını və hələ ən yaxşı səviyyəyə çatmadıqlarını vurğulayıb:
"Futbolçularımız öz işlərinə böyük məsuliyyətlə yanaşırlar. İnanıram ki, biz hələ daha yaxşı oyun nümayiş etdirə bilərik, çünki komandanın potensialı kifayət qədər böyükdür. Sadəcə bir az vaxt, gərgin əmək və inam lazımdır. Əminəm ki, bir gün biz öz maksimum gücümüzü tam şəkildə ortaya qoya biləcəyik".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video