“İmişli”nin portuqaliyalı baş məşqçisi Jorj Kaşkilyanın QOL.az saytına müsahibəsi
- Artıq 8 aydır ki, Azərbaycanda çalışırsınız. Burdakı mühit, çempionat haqda hansı təəssüratlarınız var?
- Son 8 ay ərzində Azərbaycan futbolunu daha yaxından tanımaq imkanı qazandım. Bu, kifayət qədər keyfiyyətli çempionatdır və bu mövsüm əvvəlkilərlə müqayisədə daha balanslı və rəqabətli keçir.
- Azərbaycan çempionatının mənzərəsi gözlədiyiniz kimidir?
- Rəqabətli bir çempionatla qarşılaşacağımı əvvəlcədən gözləyirdim. Ötən mövsümdən bir neçə oyunu izləmiş, həmçinin artıq Azərbaycanda çıxış edən futbolçular və məşqçilərlə fikir mübadiləsi aparmışdım. Struktur baxımından komandalar arasında müəyyən fərqlər hələ də mövcuddur. Bununla belə, meydandakı oyunların əksəriyyəti kifayət qədər balanslı və rəqabətli keçir.

- Sizi bu çempionatda müsbət və mənfi cəhətdən nə təəccübləndirdi?
- Müsbət məqam kimi bir sıra futbolçuların yüksək fərdi keyfiyyətlərini qeyd edərdim ki, bu da çempionatın ümumi səviyyəsinin və rəqabət mühitinin yüksəlməsinə töhfə verir. Eyni zamanda, klubların belə oyunçuları heyətinə cəlb etmək bacarığını da xüsusi vurğulamaq lazımdır. Mənfi tərəf isə bəlkə də, stadionlarda azarkeş sayının nisbətən aşağı olmasıdır. Düşünürəm ki, bunun da müəyyən səbəbləri var.
- “İmişli” hazırda 9-cu pillədədir. Mövsümün əvvəlində sürpriz nəticələr qazansanız da, daha sonra bir qədər eniş yaşandı. Hazırkı mövqeyinizi və komandanın çıxışlarını necə dəyərləndirirsiniz?
- Hazırda bu mövsüm üçün Premyer Liqada qalmaq baxımından vəziyyətimizi qənaətbəxş hesab etmək olar. Həqiqətən də, ilk dövrəni çox uğurlu keçirdik və bununla bir çoxlarını təəccübləndirdik. Bu nəticələr futbolçuların özünəinam qazanması və 1-ci liqadan yüksəlməyimizə baxmayaraq, istənilən rəqiblə bərabər səviyyədə mübarizə apara biləcəyimizə inamın formalaşması baxımından çox vacib idi. Biz də məhz bunu etməyə çalışmışıq. Son oyunlarda qələbə qazana bilməsək də, hər zaman rəqabətli olmuş və istənilən rəqib üçün çətin komanda təsiri bağışlamışıq. İkinci dövrədə yaşadığımız müəyyən eniş isə müəyyən mənada gözlənilən idi. Çünki mövsüm ərzində zədələr, sarı və qırmızı vərəqələr səbəbindən cəzalar, eləcə də bəzi vacib futbolçuların oyun formasında enişlərin olması qaçılmazdır. Ümumiyyətlə, heç bir oyunçu mövsüm boyu eyni səviyyəni qoruyub saxlaya bilmir. Ümumilikdə isə futbolçularımın çıxışından razıyam.

- Komandanız 3 turdur ki, nə qol vurur, nə də qol buraxır. Bu, qeyri-adi statistika nə ilə bağlıdır?
- Bu, bizim ilk mövsümümüzün əksidir. Biz taktiki baxımdan yaxşı təşkilatlanmış komandayıq, oyun prinsiplərimiz aydın müəyyən olunub, meydanda çox çalışırıq və heç bir oyunu əvvəlcədən uduzmuş hesab etmirik. Eyni zamanda, müəyyən boşluqlarımız da mövcuddur; onlardan biri qol vurmaqdır. Unutmamalıyıq ki, “İmişli” komandası hələ inkişaf və formalaşma mərhələsindədir. Şübhəsiz ki, gələn mövsüm daha güclü və rəqabətli komanda olacaq.
- Həmyerliniz Rui Jorgenin Azərbaycan U-20 millisinə təyinatı ilə bağlı nə deyə biləriniz? Bu təyinat nə dərəcədə faydalı ola bilər?
- İlk növbədə ona uğur və müvəffəqiyyətlər arzulayıram. Rui Jorge gənc komandalarla işləməkdə böyük təcrübəyə malik məşqçidir. O, gənc futbolçuların inkişafını təmin etmək və onları yüksəltmək üçün geniş bilik və praktiki təcrübə gətirəcək. İnanıram ki, ona vaxt və lazımi şərait yaradılarsa, Azərbaycan futbolunun akademiya səviyyəsinin inkişafına mühüm töhfə verəcək.

- Fernandu Santuşun Azərbaycan millisindən istefaya göndərildiyi ərəfədə “İmişli”yə baş məşqçi təyin olundunuz. Klub isə Premyer Liqaya yüksəldiyi ilk ilində əcnəbi mütəxəssislə anlaşdığına görə tənqid edildi. Buna görə hər hansı təzyiq hiss etdiniz?
- Əcnəbi olmağımla bağlı heç bir təzyiq hiss etmədim. Əksinə, bu, məni daha çox motivasiya etdi. Öz işimə, texniki komandamın bacarıqlarına və klub prezidentinin dəstəyinə güvənirdim. Büdcə məhdudiyyətlərinə baxmayaraq, birlikdə rəqabətqabiliyyətli komanda qura biləcəyimizi bilirdik və məhz bunu etdik. Biz hər zaman mövsümün həm yüksəklikləri, həm də enişləri olacağını bilirdik.
- Klubun sizdən tələbi nədir? Hansı yerlər əsas hədəfdir?
- Bu mövsüm üçün əsas məqsəd “İmişli”ni Premyer Liqada möhkəmləndirməkdir. “İmişli” hələ formalaşma mərhələsində olan komandadır və inkişaf prosesində olduğundan, mövsüm ərzində müəyyən “böyümə ağrıları” ilə qarşılaşa bilər.
- Mövsümün sonunda müqaviləniz başa çatır. “İmişli”də qalmaq istəyirsiniz? Klubun sizinlə danışığı olubmu?
- Doğrudur, mənim müqaviləm mövsümün sonunda başa çatır. Amma hələlik gələcəyim barədə danışmaq üçün erkəndir. Çünki bu mövsüm üçün qarşıya qoyulmuş hədəflər hələ tam həyata keçirilməyib. Hazırda bütün diqqətimi indiki vaxta və gündəlik işlərə yönəltmişəm. Qarşımızda hələ uzun və çətin bir yol var. Hədəflərimizə çatdıqdan sonra isə gələcək barədə müzakirə etmək olar.
Ramiq Ağaməmmədov
Con Stounz "İnter"də
Maldini İtaliya millisindən ayrıldı - cəmi 10 gün sonra
Çiçaritonun yeni klubu müəyyənləşdi
DÇ-2026-nın ən yaxşı qolu açıqlandı
1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
"İmişli"də yeni futbolçu
Azərbaycan güləşçisi dünya çempionatının finalında - Video
"Turan Tovuz" Türkiyə klubu ilə heç-heçə etdi
"Real"da itki
Cüneyt Çakıra Rusiyada yeni vəzifə verildi
Meydanda dava oldu, qadın hakim zərbə aldı
Nurlan Novruzovun yeni klubu açıqlandı
"İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü
Duşan Tadiçin yeni klubu bilindi
Makqreqor bir illik sıradan çıxıb
"Qarabağ"ın oyununda qorxulu bir şey görmədim"
“Qalatasaray”dan Musiala açıqlaması
Neymar yenidən qalmaqal mərkəzində
DÇ-2026 finalını idarə etmişdi - Karyerasını başa vurdu
"Zaqatala" baş məşqçisi ilə yolları ayırdı
Rusiyaya görə adı milliyə namizədlər sırasından çıxarıldı
"Real"ın futbolçusu sentyabra qədər oynamayacaq
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi Afinaya yollandı
“Zirə”dən ayrılmağıma səbəb oynamamağım oldu” - Müsahibə
Tanınmış futbolçu Malta klubunda
Bakıda güləş tarixinin ən böyük U-17 mundialı başlayır
Azərbaycan millisi Qazaxıstana qalib gəldi
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi