Belçika millisinin və "Real"ın keçmiş yarımmüdafiəçisi Eden Hazard Argentina yığmasının hücumçusu Lionel Messi və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, RTBF-ə müsahibəsində hazırda "İnter Mayami"nin formasını geyinən Messini daha üstün gördüyünü deyib:
"Mənim üçün favorit həmişə Messidir. Çünki oyun tərzini sevirəm. Mən Kriştianonu da seçə bilərdim, çünki "Real" azarkeşiyəm, həm də bu komandada oynamışam. Kriştiano daha çox əla qol vuran və inanılmaz formaya malik idmançıdır, amma Messinin futbolu isə mənim zövqümə daha uyğundur. Messiyə qarşı oynayanda, sadəcə 'vau' deyirsən. Biz şanslıyıq ki, onun oyununu təxminən 20 il canlı izləyə biləcəyimiz bir dövrdə doğulmuşuq".
Xatırladaq ki, Hazard artıq karyerasını başa vurub, Messi və Ronaldo isə oyunlarını davam etdirirlər.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?