Misli Premyer Liqasının 24-cü turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
QOL.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Maraqlı oyun alındı. Yuxarı sıralarda yerləşən komandalara çatmaq istəyirdik. Mübarizəli matç keçdi. Yaxşı atmosfer var idi. Vacib qələbə qazandıq. Futbolçulara mübarizələrinə görə təşəkkür edirəm. Acı məğlubiyyətlər də yaşamışıq, amma indi möhkəm komanda ola bilmişik. Bəlkə, mövsümün gedişində bəzi oyunlarda xal itirməsəydik, indi daha yuxarılarda ola bilərdik. Fasiləyə qədər bir oyun qalıb. Qarşıdan millinin də oyunu gəlir. Həqiqətən, yorulmuşuq. Amma istəməzdim fasilə olsun. Komanda son oyunlarda yaxşı çıxış edir. Tək “Qarabağ”a uduzmuşuq.
– Mövsümün sonunda gedəcəyiniz demək olar, dəqiqləşib. Qalmağınız üçün büdcə artmalıdır? Hansısa hərəkət var rəhbərlikdən?
– Klubun inkişafı üçün addım-addım işlər lazımdır. Ötən mövsüm aparıcı oyunçularımız getdi. Bu il də gələn oyunçular yaxşı çıxış edir. Bilirik ki, onları saxlamaq çətin olacaq. Nəsə qazanmaq istəyirsənsə, heyət qalmalı, güclənməlisən. Bunlar da büdcəylə bağlıdır. Klub olaraq da inkişaf etməliyik.
– Yaxşı nəticələr qazanırsınız, amma “kasıb” komandalarda iş tapırsınız.
– Bu sualın cavabı özümüzdədir. Nə zamana kimi özümüz özümüzə dəstək verməyəcəyiksə, düzəlməyəcək. Baxıram, adlı-sanlı məşqçilər yerliləri qınayır, onların yerinə göz dikir. Nə vaxt özümüzə qiymət verəcəyik, klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda işləmək olar. Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında durmur. Uzun məsələdir.
– Bəlkə, klub rəhbərlərinin dəyişməsinə ehtiyac var?
– Bir çox klub rəhbəri artıq getməlidir. Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdır. Nə qədər məşqçi dəyişəcək? Tək məsələ məşqçi deyil. Bir çox mütəxəssislər var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır. Bizim problemimiz tək məşqçi deyil. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasınca danışmasın.
– Kərim Rossiyə yaxşı təklif var…
– Harda çalışmışam, hücumçularım yaxşı çıxıb. Əli Qurbani, Peyman Babayi, Riçard Qadze… Rossi iki il bundan öncə izlədiyim futbolçudur. Amma gələndə belə deyildi. Çox çalışdı. İndi onu “Şamaxı”da saxlamaq çətin olacaq. 9 qol vurub. İndi hücumçular var, 400-500 min alır, amma iki qol vura bilmirlər.
– O da gedəcək?
– Müqaviləsi bitir.
– "Sumqayıt"ın baş məşqçisi Saşa İliçlə mübahisəniz olmuşdu. Bu qələbədən sonra sizi təbrik etdi?
– Peşəkar məşqçidir. Oyundan sonra da salamlaşdıq, təbrik etdi. Bizdə bir çox məşqçilər var ki, udanda yaxınlaşır, uduzanda yox.
– Yerli məşqçilər var ki, deyirlər, Ayxan niyə iki yerdə işləyir…
– Bilirəm, tələsməsinlər, yaydan bir yerdə işləyəcəm.(futbolpress.az)
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi
Mundial tarixinin ən yaşlı uruqvaylı futbolçusu oldu
Belçika - Misir oyununun ən yaxşısı açıqlandı