Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Zirə" "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:
"Matç bizim üçün uğurlu başladı, bir neçə təhlükəli hücum qura bildik. Lakin birinci hissənin ortalarında rəqib hesabda irəli çıxdı və bundan sonra oyunumuzda müəyyən eniş yaşandı. Həmin dəqiqələrdə "Qarabağ" daha üstün idi. İkinci hissədə hesab 0:2 olduqdan sonra vəziyyəti dəyişmək çətinləşdi. Etdiyimiz əvəzetmələr müsbət effekt verdi və hesabı 1:2-yə çatdırdıq. Düşünürdük ki, basqını artırıb bərabərlik qolunu vura bilərik, lakin rəqib əks-hücumda üçüncü qolu vuraraq oyunun taleyini həll etdi. Bu gün meydanda kifayət qədər güclü "Qarabağ" var idi. Futbolçularım əllərindən gələni etdilər, sona qədər əzmkarlıq göstərdilər. Ən azından bir xal qazanmaq istəyirdik. Bu cür "Qarabağ"a qarşı uğur qazanmaq üçün gərək hər şey sənin üçün uğurlu alınsın. "Qarabağ" sıx qrafikdə idi. Son turda da ustalıq göstərdilər ki, bütün fikirləri çempionatdadır".
Təcrübəli mütəxəssis heyətdəki ciddi itkilərdən və qarşıdakı sıx qrafikdən də söz açıb:
"Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən sonrakı sıx qrafik bizi düşündürür. Çox ciddi itkilərimiz var. İssa Cibrilla Qubadakı zədədən sonra hələ də bərpa oluna bilmir. Brahim Konate yeni qayıdıb, formasını yığmağa çalışır. Bu gün qızdırması olan Qismət Alıyevin yerini doldurmaq da bizim üçün çətin idi. Aprel ayında bizi həlledici period gözləyir".
Mütəxəssis turnir cədvəlindəki gərginlik və yeni legioner limiti ilə bağlı maraqlı məqamlara toxunub:
"Yarış olan yerdə gərginlik qaçılmazdır. Qış fasiləsindən sonra komandamızın çıxışını ümumən pis qiymətləndirmirəm. Yeganə "Kəpəz"lə matçdakı oyundan məmnun deyiləm və bu görüşlə bağlı ünvanımıza gələn tənqidləri haqlı sayıram. Digər tərəfdən, kubokda yarımfinala yüksəlmişik, çempionatda isə "Sabah", "Turan Tovuz" və "Qarabağ" kimi güclü rəqiblərə uduzmuşuq. Həmin oyunlarda əlimizdən gələni etsək də, rəqib bizdən daha üstün idi.
Klub olaraq yeni legioner limitinə adaptasiya olmağa ehtiyacımız var. Biz bütün oyunlara eyni limitlə çıxırıq, yeganə fərq qapıda Aydının yox, Tyaqo Silvanın yer almasıdır. Digər rəqiblər isə meydana 10-11 legionerlə çıxa bilirlər. Bu reallıq yeni limitə uyğunlaşmaq baxımdan bizim üçün növbəti illər adına yaxşı dərs oldu".
R. Sadıqov komandanın hədəfləri və büdcə məsələlərinə də toxunub:
"Hamı istəyər ki, daha böyük büdcəsi olsun. Lakin bizim üçün ən vacibi komandadır. Hazırda heç kəsə bir qəpik də borcumuz yoxdur, hər kəsə qarşı ədalətli davranırıq. Rəqiblərin seleksiyaları filan, biz müəyyən məqamlarda istədiyimiz transferləri edə bilmədik. Gedişatlar yaydan bəlli idi ki, rəqiblər çempionatda necə iddialı idi. Futbolda belə hallar baş verir.Rəhbərlik qarşımıza mütləq avrokuboklara düşmək hədəfi qoymasa da, biz özümüz, rəhbərliyimiz və azarkeşlərimiz üçün buna nail olmaq istəyirik. Rəqiblərin gücünü başa düşürük. Əlimizdən gələni edəcəyik ki, avrokuboklara biz də düşək".
Məşqçi sonda matçdakı mübahisəli penalti epizodları barədə kəskin danışıb:
"Paltardəyişmə otağında həmin epizodlara yenidən baxdım. Hər ikisi penalti idi. Bu qərarların nəticəyə necə təsir edəcəyi başqa sualdır, amma bizim üçün böyük üstünlük olardı. Xüsusilə 86-cı dəqiqədəki epizodda penalti verilsəydi və hesab 2:3 olsaydı, oyun daha maraqlı keçərdi. Maraqlı olan odur ki, indi epizodları şərh etdikdə haqq qazandırılacaq. Hər iki epizodda penalti verilsəydi, doğru qərar kimi şərh veriləcəkdi. Bilirsiniz, o epizodlara verilən şərhlər də adamı məyus edir. Bu iki penalti verilsəydi, şərh veriləcəkdi ki, penaltidir. Verilmədi, deyiləcək penalti deyil. Bu oyunu demirəm, lap başqa oyunda. Fərid Hacıyev, Nicat İsmayıllı... Əvvəlki oyunlarımızda da mübahisəli qərarları olub.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi