"İmişli" Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Sabah"a 0:5 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, İmişli təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Oyun haqqında danışılası çox söz yoxdur. Matça istədiyimiz kimi başlaya bilmədik. Xüsusilə Edvin Banqeranın erkən zədələnməsi komandaya çox pis təsir etdi. İkinci qolu da qapımızda tez gördük. Müdafiəçilərin kobud səhvi nəticəsində təyin olunan penalti hər şeyi daha da çətinləşdirdi. Hesabda 0:2 geri düşdükdən sonra toparlanmaq asan deyil. "Sabah" kimi çempionatın liderinə qarşı geri dönüş etmək qeyri-mümkün idi. Onlar bura çox yüksək motivasiya ilə gəlmişdilər və səhvlərimizdən maksimum yararlanaraq fərqi artırdılar. "Sabah"ı təbrik edirəm, bizdən hər cəhətdən üstün və keyfiyyətli oyun nümayiş etdirdilər. Biz isə dərhal özümüzə gəlməli və qarşıdakı "Neftçi" matçına köklənməliyik. Bu cür məğlubiyyətdən sonra komandanın psixoloji durumunu bərpa etmək vacibdir. Hesab edirəm ki, bunun öhdəsindən gələcəyik".
Mütəxəssis növbəti turdakı rəqibləri "Neftçi" ilə oyun barədə də fikirlərini bildirib:
"Biz hər oyuna yalnız qələbə düşüncəsi ilə çıxırıq. Təbii ki, rəqibin gücünü nəzərə alırıq, lakin "Neftçi" ilə matçda da üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, ötən il olduğu kimi yenidən qələbə sevincini yaşayaq".
J. Kaşkilya son 5 matçda cəmi 1 qol buraxan komandasının bu dəfə qapısında 5 qol görməsinə də aydınlıq gətirib:
"Nəticəyə bəhanə axtarmaq istəmirəm, lakin müdafiənin əsas fiqurları olan Ronaldo və Banqeranın yoxluğu öz sözünü dedi. Heyətimiz o qədər də geniş deyil, buna fərdi səhvlər də əlavə olunduqda belə nəticə qaçılmaz olur. Banqeranın növbəti oyuna hazır olub-olmayacağını hələ bilmirik, lakin Ronaldo heyətə qayıdacaq. Əsas məqsədimiz müdafiədə bugünkü səhvləri təkrarlamamaqdır".
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət