Gürcüstanın Avro-2024-ə vəsiqə qazanması haqda xəbərləri oxuduqca ömürdən gedən illərə heyfslənməyə bilmirsən. Bəli, dünən gecədən başlayaraq, yəqin hamınızın beynini bu sual qarışdırır: necə oldu ki, onlar bacardılar, amma biz bacarmadıq?
Bəli, axı necə oldu? Axı, əgər söhbət puldan gedirsə, Gürcüstanın futboluna ayrılan pul bizdə futbola son 16 ildə ayrılan milyard dollarla müqayisədə yalnız qəpik-quruşdur. Amma siz bir onların heyətinə nəzər salın, bir də bizim.
Gürcüstan millisini Avro-2024-ə aparan futbolçulardan 20-ə yaxını legionerdir. Özü də əksəriyyəti samballı liqalarda (Premyer Liqa və 1-ci liqa) əsas heyət üzvləridir. Ulduzları 23 yaşlı Xviça Kvaratsxeliya İtaliya A seriyasında at oynadır, ehtiyat oyunçusu Luka Quqeşaşvili isə "Qarabağ" kimi artıq Avropada söz deyən komandanın futbolçusudur. Legionerlərinin oynadıqları liqalar arasında İtaliya, İspaniya, Fransa, Avstriya, Yunanıstan, Polşa, İngiltərə kimi çempionatlar var. Amma daha vacib detal odur ki, həmin legionerlərin 99 faizi Gürcüstan futbolunun öz yetirməsidir. Heyətdə bir nəfər də olsun milliləşdirilmiş oyunçu yoxdur.
Bizim millidən fərqli olaraq.
Yəni gürcülər son 15 ildə xaricə futbolçular ixrac edib. Bizimkilər isə o müddətdə yalnız idxallla məşğul olub. Özü də zay məhsulların idxalı ilə.
Doğrudur, bizdən fərqli olaraq, futbol gürcülərin irsində, qanında, ruhundadır. Yəni bu uğurun mayası pulda və tanışlıqla deyil. Bu, Sovetin vaxtında da belə olub, indi də belədir, bundan sonra da belə olacaq. Amma bu, 16 il Azərbaycan futbolunun zəlisi olmuş AFFA-nın indiki rəhbərliyinə bəraət də qazandırmır.
Hələ illər əvvəl - necə deyərlər, AFFA-nın qılıncının dalının da, qabağının da kəsdiyi vaxtda biz - cəmi 2-3 jurnalist yazılarımızda təkrar-təkrar bildirəndə ki, uşaq futbolu düzəldilməlidir, öz məşqçilərimiz yetişdirilməlidir, bolgələrimizdə akademiyalar tikilməlidir, infrastruktur qurulmalıdır, Elxan Məmmədov AFFA-nın konfransında qəzəblə bizə cavab verirdi ki, onlar - yəni biz Azərbaycan futbolunu istəməyən adamlardılar.
Biz deyirdik ki, Avropa, dünya çempionatına getməyin yolu Tovuzdan, Gəncədən, Zaqataladan, Mingəçevirdən, İmişlidən və başqa bölgələrimizdən öz istedadlı uşaqlarımızı üzə çıxarıb Azərbaycan futboluna qazandırmaqla başlayır.
Bunlar keçi inad edirmiş kimi, dediklərindən dönmürdülər. Dövlətin ayırdığı milyonlarla pul bölgələrimizdə bazaların, akademiyaların tikintisinə, uşaqların üzə çıxmasına, müəllimlərin yetişməsinə sərf olunmalı idi. Bu, qəbul olumuş Dövlət Proqramında əksini tapmışdı. Amma o milyonlar Almaniyadan, Türkiyədən, İspaniyadan və daha haralardan bura gətirilən bir təyyarə bacarıqsız legionerin, onların arxasında duranların cibinə axırdı.
Nəticə?
İndi qonşumuz Gürcüstan Yunanıstan kimi komandanı udub Avropa çempionatına gedir. Biz isə Monqolustan kimi komandaya zülmlə qalib gəlirik. Futbolçularımız da sıraya düzülüb hələ sevinclə, vüqarla intervülər də verirlər.
Bəli, dünən gecədən başlayaraq, yəqin hamınızın beynini bu sual qarışdırır: necə oldu ki, gürcülər bacardı, amma biz bacarmadıq?
Bəli, axı necə oldu?
Bəlkə həm də ona görə ki, AFFA-dan getmək üzrə olan məlum dəstə Qurban Qurbanovu 5 il yarım əvvəl millidən uzalaşdırdı.
Bəlkə biz də indi Avro-2024-də ola bilərdik.
Bəlkə də...
Bu ölkənin futboldakı hələlik yeganə uğur mənbəyi olan adamı millidən hörmətsizcəsinə göndərmişdilər. Fəaliyyətinin bir ili tamam olar-olmaz. Gürcülər belə vicdansızlığı özününkünə qarşı edərdimi?
...İndi isə artıq onlar gedirlər.
Aprelin 2-də AFFA-ya yeniləri gəlir. Yeni komanda. Yeni komanda həm də milli komandaya cavabdehdir. Milli komanda isə vicdan məsələsidir. Milli komanda həm də imtahan məsələsidir.
Yeni komandanın ilk imtahanı məhz milli ilə bağlı olmalıdır.
Millinin baş məşqçisi isə bu azarkeşin yekunda alqışını qazanacaq bir azərbaycanlı olmalıdır.
Azərbaycanlı...
Aydın Bağırov
Ötən il əfsanəvi futbolçulardan kimlər karyerasını bitirdi?
Yığma qalib gəlsə, böyük məbləğdə pul mükafatı alacaqlar
"Barselona" misirli futbolçunu transfer edir?
"Mançester Yunayted" Matetaya göz dikdi
"Onlar güclü rəqiblərə qarşı matçlarda büdrəyirlər"
"Aston Villa" braziliyalı hücumçunu transfer etdi
Zədələndiyi üçün transfer siyahısından çıxarıldı
Mareskanın yerinə əsas namizəd odur
"Borrusiya"dan "Braytona" keçir
"Qalatasaray"ın müraciəti rədd edildi
Obameyanq qovuldu, yığmanın məşqçiləri istefaya göndərildi
Slot: "Frimponqu sürətinə görə aldıq"
"Çelsi" Mareskanı göndərdi - Rəsmi
"Real" Vinisiusla danışıqları bərpa edir
Dünyanın ən bahalı yarımmüdafiəçiləri
Modriç: "Ofisiant olmaq istərdim"
“Şaxta Babaya inanırdım” - Yuri Vernidub
Tanınmış məşqçidə xərçəng aşkarlandı
Misli Premyer Liqası: İlk yarının təhlili
FIDE 2026-cı ilin ilk reytinqini açıqladı
"Real" onunla müqaviləni uzadacaq
"Zirə"nin legioneri bu dəfə ehtiyatda qaldı
"Mən səni çox sevirəm"
Neymarla yeni müqavilə imzalandı
“Çelsi” bu gün Mareska ilə yolları ayıra bilər
Afrika Millətlər Kubokunda 1/8 finalın bütün cütlükləri
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video