Bu günlərdə UEFA rəsmi saytı vasitəsi ilə Avropanın 50 ən perspektivli gənc futbolçusunun siyahısını açıqladı. Əlbəttə, gözlənildiyi kimi, o siyahıda bir azərbaycanlının da adı yox idi. Gürcü vardı, kosovolu vardı, amma azərbaycanlı yox idi. Və bizim müxbir Ağasəlim Mircavadova sual ünvanlayanda ki, bizdə niyə yaxşı gənc oyunçular yoxdur, səbəb, problem nədir, cavab verib ki, mən hardan bilim, məndən niyə soruşursunuz?
Bu da mütəxəssis cavabı... Vaxtı ilə niyə 0:10 uduzmuşuq, indi aydın olur sizə?
Kök salmış problemlərin düzəlməməsində bizim bir çox futbol adamının bu cür köntöy, laqeyd və vecsiz cavabların az rolu yoxdur. Fikir verin, axır illər futbolumuzdan fəal yazan 1-2 faiz jurnalisti, bir neçə mütəxəssisi çıxmaqla real mənzərəni dilə gətirənlərin, nöqsanları göstərənlərin sayı kəskin şəkildə azalmağa doğru gedir. Və ona görə də hazırkı AFFA rəhbərliyinin dövründə bu qurumun hesabat və seçki konfranslarının heç birində kimsə sual verməyib ki, niyə biz 25 il əvvəlki ac vaxtımızdakı kimi indi də bircə xal toplamışıq, niyə bir oyunçumuz belə yetişməyib? Ona görə verməyiblər ki, hamısı “problemi mən niyə deməliyəm, qoy, başqası desin” qaydası ilə yaşayırlar. Elxan Məmmədovun rəhbərliyi ilə hazırlanan və guya futbolumuzda hər şeyin əla olduğunu əks etdirən bütün hesabatların qəbul edilməsinə konfrans iştirakçılarının hər biri əl qaldırmaqla razılıqlarını veriblər. AFFA-nın klubu olan “Sumqayıt” da, müstəqil klublardan “Qarabağ”, “Qəbələ” və “Zirə” də lehinə səslərlə federasiyanın fəaliyyətinə yüksək qiymət verib, sənədlərdə uğurlu, həqiqətdə uğursuz olan bu fəaliyyətə ortaq olublar.
***
Biz qayıdaq yenidən UEFA-nın o siyahısına. Daha doğrusu, ona ki niyə bizdə istedadlı uşaqları tapıb üzə çıxara bilmirlər? Bu sualın cavabı daha çox 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının hansı səviyyədə icrası, yaxud icrasızlığında gizlənib. Proqramda əsas diqqət paytaxt və bölgələrdə məhz uşaq futbolunun inkişafına yönəlib. 10 il müddətində bütün ölkə boyu uşaq-gənclər futbol məktəbləri, yəni akademiyalar yaradılmalı idi.
Bəs, hardadı indiyədək o akademiyalar? Bəli, yoxdur, yaradılmayıb. Və buna görə bir tək məsuliyyət AFFA-nın üzərinə də düşmür. Assosiasiya ilə yanaşı Dövlət Proqramının ikinci bir icraçısı da olub - Gənclər və İdman Nazirliyi. Bu qurum işləri necə icra edib? AFFA-nın fəaliyyətinə hansı formada nəzarət edib? Ümumiyyətlə, nəzarət edibmi? Nəhayət, dövlətin büdcəsindən proqramın inkişafına verilən milyonlarla dollar həcmində maddi dəstəyin qarşılığında niyə bir nəfər də olsun milliyə düşən futbolçu yetişməyib?
Pulu olmayan gürcü yaxşı futbolçu yetişdirir, 2-3 il əvvəl UEFA-ya üzv olan Kosovo da yetişdirir, amma biz yox. Ona görə ki, bizim federasiyaya 24 milyon büdcə ayrılsa da, Azərbaycanın uşaqları Masallıda, Gəncədə oynamağa 5-10 manatlıq top, forma tapa bilmirlər. Amma AFFA topu bu kasıb uşaqlara yox, illik büdcəsi 10 milyonu keçən “Qarabağ”la “Neftçi”yə bağışlayır. Hərəsinə düz 50 dənə. Məgər, “Qarabağ”la “Neftçi”nin top almağa pulu yoxdur?
Bəli, 2005-ci ildən bəri futbolumuza ayrılan milyonlar belə mənasız, axmaq, dekorativ layihələrə sərf olunub. O boyda Gəncədə uşaqlar bərbad meydançada məşq edir, 50-60 manat tapmırlar ki, futbol qapısının köhnəlmiş torunu dəyişsinlər. Qazaxda Möhsünün azyaşlı oğlu İlyasın istedadı məhv olub gedir, AFFA isə Ukraynanın Nikolayev şəhərində milliyə gətirmək üçün hansısa Vanya Borisoviçi axtarır.
Və bütün bunlardan sonra Ramin Musayev deyir ki, AFFA-lıq heç nə yoxdur, günah ancaq klublardadır. Deməli, fakta Ramin Musayev kimi qiymət verəndə, işi Elxan Məmmədov kimi görəndə, problemə isə Ağasəlim Mircavadov kimi yanaşanda futbolun dibində, qrupun sonunda olmağımız təbiidir. Gələcəkdə elə orada ilişib qalacağımız da.
Aydın BAĞIROV
[email protected]
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir