Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə idman jurnalistləri arasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib.
QOL.az xəbər verir ki, PFL tərəfindən ənənə halını almış turnir 5-ci dəfə baş tutub. Budəfəki yarışda komanda seçimi mərhələsi əvvəlki turnirlərdən fərqlənib. Belə ki, digər turnirlərdə ən çox mükafatçılar sırasına düşmüş, çempion olmuş media nümayəndələri “səpələnmişlər” səbətinə salınıb və bu cür iştirakçıların iki nəfərdən çoxu eyni komandada yer almayıb.
80-ə yaxın media nümayəndəsinin iştirak etdiyi turnir maraqlı və yaddaqalan alınıb. Təsadüfi deyil ki, çempion son turda müəyyənləşib.
Yarışda komandalara Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Yekunda "Şamaxı" komandası qalib, "Sabah" ikinci, "Kəpəz" üçüncü olub.
Tədbirin sonunda "Şamaxı" komandasına medallar və kubok təqdim edilib. Həm qaliblər, həm də ikinci və üçüncü yerlərin sahibləri pul mükafatına layiq görülüb. Yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda Azərbaycan Kuboku mövzusunda suallara ən yaxşı cavab verən 4 komandanın üzvlərinə xatirə mükafatları verilib.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar