"Brügge" Sommeri transfer etdi

"Brügge" Sommeri transfer etdi
ÖLKƏ FUTBOLU 14 İyul 2026 / 12:22 380
-  A +

İsveçrə millisinin qapıçısı Yann Sommer karyerasını Belçikada davam etdirəcək.

QOL.az xəbər verir ki, 37 yaşlı qolkiper "Brügge"yə keçib. Bu barədə klubun saytı məlumat yayıb.

"Brügge" Sommerlə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, yeni klubuna azad agent kimi keçib.

Sommer son üç mövsümdə "İnter"də oynayıb. Təcrübəli qapıçı Milan təmsilçisi ilə iki dəfə A Seriyasının, bir dəfə İtaliya Kubokunun və bir dəfə İtaliya Superkubokunun qalibi olub.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner