"Sabah"ın rəqibi bəlli oldu

"Sabah"ın rəqibi bəlli oldu
ÇEMPİONLAR LİQASI 14 İyul 2026 / 23:38 2049
-  A +

"Sabah"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

QOL.az xəbər verir ki, bu, "Kups" olub. Komanda 1-ci mərhələdə Şimali Makedoniya "Vardar"ı ilə qarşılaşıb. "Kups" ilk oyunda 2:0 hesablı qələbə qazanıb, cavab görüşündə 2:3 hesabı ilə uduzub. Beləliklə, Finlandiya təmsilçisi ümumi hesabda qalib gələrək, "Sabah"a rəqib olub.

Sözügedən komandalar arasında ilk matç iyulun 21-də Bakıda, cavab qarşılaşması isə iyulun 28-də Kuopioda keçiriləcək.

Qeyd edək ki, "Sabah" ÇL-in 1-ci təsnifat mərhələsində Uels TNS-ini mübarizədən kənarlaşdırıb (2:0, 1:2).

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner