"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunu haqqında fikirlərini bölüşüb.
QOL.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis matç belə dəyərləndirib:
"Hazırlıq prosesinin ən çətin dövrüdür. "Yükləmələr" çox olur. Əlbəttə ki, futbolçularda yorğunluq var. Hər hissə 45 dəqiqə oynayırıq ki, bütün futbolçular fiziki yükləmələri alsınlar. Qalib gəldik, amma bu yoxlama oyunudur. Məqsəd güclü və zəif tərəflərimizi müəyyənləşdirmək idi. Bu gün bizim üçün ən vacib olan taktiki, mövqe oyunu idi".
Sxadadze yeni transferlərdən də söz açıb: "Yeni transferlərimiz də ilk oyunlarını keçirdilər. Hələ ki onlar tam hazır deyillər. Təəssüf ki, bir çox legionerlər gələndə Azərbaycan çempionatının səviyyəsinidən xəbərsiz olurlar. Onların məlumatı yoxdur ki, Azərbaycan Premyer Liqasının səviyyəsi çox yüksəlib. Artıq bunu başa düşdülər və öz üzərilərində işləyirlər. Hazırlıq dövründə vaxtımız çoxdur, yaxşı işləməliyik. Yeni transferlərlə güclənməyə ehtiyacımız var və bunun üzərində iş gedir".
O, azarkeşlərə təşəkkür etməyi də unutmayıb: "Bu mövsüm uğurlu nəticələrlə azarkeşlərimizi sevindirmək istəyirik. Yoxlama oyunu olmasına baxmayaraq, stadiona gəlib sonadək komandamızı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm".
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması