20 yaşlı Mahir Mədətov uzun illərin təcrübəli futbolçusu kimi Çempionlar Liqasının pley-off oyununda həyəcan keçirmədən, düz 90 dəqiqə “Qarabağ”a nə ki var kömək etdi. Qələbə qolunu vurdu.
Xüsusilə son bir neçə ayda karyerası yüksəlişə gedir Mahirin. Bu uğurlardan başının gicəllənməyəcəyinə inanmaq istəyirik. Futbolumuz sevinməlidir təbii ki. Təkcə “Qarabağ” udduğu üçün yox. Həm də potensialı yüksək olan istedadımız üzə çıxıb deyə…
***
Bütün Azərbaycan 21 yaşı olanda Əfranın da istedadından danışırdı, yeni ulduzumuz yetişir deyirdi. O, gözəl, bəzən də parlaq oyunu ilə tribunalara toplaşan Azərbaycan və “Qarabağ” komandasının onminlərlə azarkeşini sevindirirdi. Əlacları olsa, səhərə qədər çiyinlərində daşıyardılar. Qol vururdu axı, komandasının liderlərindən biri idi. Yəni əsl futbol qəhrəmanı.
Qəhrəmanlara da dəstək verən, ona yarınan çox olur axı…
***
Sonra o qəhrəman daha qəhrəman olmadı. Onda əleyhinə o ki var danışmağa başladılar. Sonra da söyməyə.
Stadionda fitə basmağa.
Feysbukda lağ eləməyə.
Amma Qurban Qurbanov kişilik elədi. Atmadı, sahib çıxdı, inandığı üçün arxa oldu və olmaqda davam edir Əfrana.
***
Hər bir idmançının, futbolçunun karyerasında eniş və yüksəliş dövrü olur. Bilmədiyimiz hansısa şəxsi problemi ola bilər. Elə buna görə oyuna köklənməkdə çətinlik çəkər. "Qarabağ"a yararsız deyil, faydası var, olmasaydı, Qurban Qurbanov komandasında saxlamazdı da.
***
Lakin belə görünür, bizdə hamı ağıl dəryasıdı, böyük futbol bilicisidi. Hamının da yumor hissi fontan kimi fışqırır. Amma... Zarafatınızı elədiniz, adamı ələ saldınız, daha bəsdi, şitini-şorunu çıxarmayın.
***
Əfran İsmayılov ikinci müstəqillik dövrümüzdən üzü bu yana Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı nümayəndələrindən biri olub. Bir istedadın üstündən isə bu qədər asanlıqla xətt çəkmirlər.
Bir az insafınız olsun…
…Və Mahirləri qorxutmayın.
Aydın BAĞIROV
aydı[email protected]
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı