Bəli, Qurban Qurbanovun bir məşqçi kimi Azərbaycan futboluna xidmətləri hələ o anlama gəlməməlidir ki, onun toxunulmazlıq hüququ var.
Bəli, onun da fərqindəyik ki, bu dünyada Qurban Qurbanov da daxil olmaqla heç bir məşqçi ideal deyil: onun fəaliyyətini azarkeşin də, medianın da tənqid etməsi normaldır.
Bir azarkeşin bir məşqçi, klub idarəçiləri barəsində istefa çağırışı etməsi də normaldır.
Amma bir azarkeşin 3 oyundakı uğursuz nəticəyə görə məşqçini istefaya səsləməsi çox anormaldır.
Mən Qurban Qurbanovun «Qarabağ»ın timsalında Azərbaycan futbolu üçün etdiklərini sadalamaq fikrindən tamamilə uzağam. Onsuz da hamı ən yaxın tariximizdə olanları çox yaxşı bilir. Onu da bilir və inanır ki, Allahın köməkliyi ilə Avropa yarışlarında qrup qapısını döyüb ora daxil olan ilk azərbaycanlı məşqçi də məhz Qurban Qurbanov olacaq.
Və Qurban Qurbanov ora indi çalışdırdığı və hələ çox illər, bəlkə də ömrünün sonuna qədər çalışdıracağı «Qarabağ» komandasıyla birgə daxil olacaq.
Əminəm ki, bu sözlərim istefa çağırışı edən və onların arxasında dayananların ürəyincə olmayacaq, onu da bilirəm ki, bəzi həmkarlarım da buna görə dodaqlarını büzəcəklər. Kimsə məni tərəf tutmaqda, əziz Qurban müəllim, sizin tərəfinizi və məşqçisi olduğunuz «Qarabağ»ın tərəfini tutmaqda təqsirləndirə bilər. Olsun! Amma türkiyəli qardaşlarımız demiş, bütün bunlar mənə vız gələr.
Mən «Qarabağ»ı sevməyin günah olduğunu düşünənlərin bu millətdən olduğuna şübhə edərəm! Orada kimin çalışmasından asılı olmayaraq.
***
Dünən Rəşad Sadıqovun müsahibəsindən xəbər tuturam ki, sizi istefaya səsləyənlərin sayı cəmisi 6-7 nəfər olub? Necə də bənzər hadisədir: təxminən iki il əvvəl, «Qarabağ» «qara zolağ»a düşəndə Quzanlı stadionunda da bu çağırışı edənlərin sayı elə bu qədər idi. Qışqıranlar eyni adamlardımı? Qəti şəkildə deyə bilmərəm. Amma çox böyük ehtimalla bu adamların da arxasında elə həmin o adamlar, sizin bildiyiniz o adamlar dayanır.
Hərçənd, indi söhbət təkcə gizli qüvvənin kimliyindən getmir, həm də ondan gedir ki, məsələn, cılız və zəif adamlar stadiona ən çoxu cəmi 6-7 nəfər yığır, qüdrətli adam isə ən azı 30-40 min!
Zəif adam Biləcəridən o tərəfə gedə bilmir.
Güclü isə Dortmunda qədər gedib çıxır.
Yəqin, nə demək istədiyimi başa düşdünüz.
Bu istefa çağırışlarından sonra, büruzə verməsiniz belə, azarkeşlərdən qəlbinizin qırıldığını bilirəm. Hər halda, sayı az olsa belə, müəyyən bir qrup sizi heç bir gərək olmadan istefaya çağırıb. Niyə? Guya nədi-nədi «Qarabağ» üç oyundu qələbə qazana bilmir. Deməli, dünya dağılıb, biabırçılıq baş verib?
Mən heç nə demirəm, siz də deməyin, qoy, dəyərli oxucular və azarkeşlər desin: məgər, biabırçılıq üç oyuna qələbə qazana bilməməkdir, yoxsa 4-5 oyuna bir xal belə qazanmayıb, öz qapından 30-a qədər qol buraxmaq və Azərbaycanın olmayan futbolunun başını yerə soxmaq?
Məgər, rüsvayçılıq futbolumuzdakı biabırçılıqlardan sonra mərd bir komanda yaratmaqdır, yoxsa namərdlik etməklə mərd adamın yerinə gəlməyə cəhd etmək?
«Qarabağ»ı bunlara etibar etmək olar?
***
100 illik tarixi olan Azərbaycan futbolu üçün əsl nəticə bilirsinizmi nə idi: sovetlər dönəmində qazanılan və hər dəfə də guya çox böyük bir hadisə olubmuş kimi az qala gözümüzə soxulan bürünc medalları nəhayət ki, tarixin bir küncünə atmaq, Moskvadan gətirilən kubokların əslində lazımsız bir turnirlərdə qazanıldığını bu millətə isbatlamaq...
Futbolumuzun artıq hörməti qalmayan bəzi «avtoritetləri», bu faktı qəbul edin ki, Qurban Qurbanov «Qarabağ»dakı 3 illik fəaliyyəti ilə sizlərin cəminizin futbolumuzdakı 100 illik fəaliyyətini kölgədə qoyub.
Bəli, nə zamansa sizdən çəkiniblər, bu yaxşıdır, amma pisi odur ki, sizi heç vaxt sevməyiblər.
Lap pisi isə odur ki, çağırışınıza gələnlərin sayı 6-7 nəfərdən o tərəfə keçməyib, bundan sonra da keçməyəcək.
Odur ki bəlkə, indi həqiqətən yenə də istefa barədə fikirləşəsiniz? Qurban Qurbanovun yox, özünüzün futboldan birdəfəlik istefası barədə.
Çünki daha futbol da, futbolçu da sizi qəbul eləmir.
Qəbul olunmayan adamlara isə həm də artıq adam deyirlər.
Salamat qalın!
Aydın BAĞIROV
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?