Bu qış transferlər üçün çox pul xərcləməyəcəklər

Bu qış transferlər üçün çox pul xərcləməyəcəklər
DÜNYA FUTBOLU 24 Noyabr 2026 / 11:30 88
-  A +

“Mançester Yunayted” qışda transferlərə çox pul xərcləməyəcək.

QOL.az "Daily Mail"ə istinadən xəbər verir ki, transferlər üçün 50 milyon funt-sterlinqdən bir qədər az vəsait ayrılacaq.

Buna səbəb klubun İngiltərə Premyer Liqasının maliyyə qaydaları ilə bağlı məhdudiyyətləridir.

"Qırmızı şeytanlar"ın qışda cəmi iki futbolçu transfer edəcəyi gözlənilir. Onlardan birinin icarəyə götürülməsi də mümkündür.

Mənbə bildirir ki, komandanın Çempionşipə düşmək təhlükəsi reallaşarsa, klub transfer büdcəsini artıra bilər. Lakin bu halda da xərclərə ehtiyatla yanaşılmalıdır.

Qeyd edək ki, "Mançester Yunayted" sol cinah müdafiəçisi transfer etmək istəyir. Poçettino isə komandaya yeni hücumçu cəlb olunmasını da arzulayır. Komanda hazırda Premyer Liqada 8 xalla 19-cu pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
23.11.26  14:54

La Liqaya haker hücumu

topaz banner