Bu yazıya liderliyin təntənəsi adını da qoya bilərdim...
O təntənə ki, Afrika Millətlər Kubokunun final oyununda yaşandı. Ona görə də bu finalı yaxşı-yaxşı yadınızda saxlayın.
Finalı da yox, finalın qəhrəmanını - həm böyük futbolçu, həm də böyük insan olan Sadio Maneni.
Onun öz xalqı və doğma Seneqalı üçün etdiyi xeyirxahlıqlar sirr deyil. Məhz belələri üçün "sağlığında cənnəti qazanan insan" deyirlər. "Liverpul", "Bavariya", indi isə "Əl-Nəsr"də qazandığı milyonları 33 yaşlı bu vətənpərvər haralara xərcləmir ki?
Kasıb vətənində müasir xəstəxanalar və məktəblər tikdirir, bir çox aztəminatlı ailəyə aylıq maaş ayırır, uşaqların təhsili üçün onlara kompüter və digər məktəb ləvazimatları alır. "Bunları niyə edir" sualına isə özünün tükləri biz-biz edən nümunəvi cavabı olur:
"Ferrari" almaqdansa, insanlara kömək etmək məni daha xoşbəxt edir”.
Həm də o səbəbdən ki, Mane özü bahalı müqavilələr bağlayana qədər yoxsulluq içində yaşayıb və bundan çıxış edərək qeyd edir ki, bu gün qazandığı uğuru xalqı ilə bölüşməyi borc bilir.
Maneni həm də o faktla xatırlayaq ki, o, bir dəfə Bakıda da meydana çıxıb. 2012-14-cü illərdə oynadığı "Zalsburq"un heyətində bizim "Qarabağ"a qarşı Çempionlar Liqası matçında. O vaxtlar hələ bu qədər şöhrəti yox idi onun. Avstriya klubundakı uğurlu oyunundan sonra İngiltərə Premyer Liqasına yolu açıldı. Əvvəl "Sauthempton", sonra "Liverpul".
İndi bəzən bizim İlqar Qurbanov Bakıda ustalıqla topu Manenin yanından ataraq keçməsindən fəxrlə bəhs edir.
Amma biz qayıdaq artıq dünənki finala.
Bəli, bax bu finalda Sadio Mane müasir futbolun parlaq və örnək simalarındandan olduğunu bir daha təsdiq etdi. Həm də əsl kapitan və lider olduğunu bir daha nümayiş etdirməklə milyonlarla insanın rəğbətini qazandı.
O anı yada salaq.
Afrika Milllətlər Kubokunun Seneqal - Mərakeş final oyununun 90+8-ci dəqiqəsində Seneqal millisinin baş məşqçisi Pap Tiyav qapılarına təyin olunan penaltiyə etiraz edərək komandasını meydandan çıxardı.
Çox emosional qərar idi.
Kobud səslənsə də, hətta yekəxana və hörmətsiz bir davranış idi. Sonu texniki məğlubiyyət də ola bilərdi. Çünki hakim qərarları daim müzakirə və mübahisə doğurub. Məgər, hər penalti qərarına görə meydandan çıxarlarmı? Özü də bütün dünyanın gözünün səndə olduğu bu final oyununda. Bir məşqçi üçün zəiflik əlamətidir.
Amma məhz belə kritik anda Mane futbolda kapitanlığın və liderliyin təntənəsini nümayiş etdirdi - təkidlə komandasını meydana qaytardı. Yekun?
Mərakeş Seneqalın narazı salan o penaltini vura bilmədi.
Seneqal isə qalib gəlib (1:0) Afrika kubokunu qazandı!
Bu, həm də elə bil Tanrının illərdir Manenin etdiyi xeyirxahlıqlara bir lütfü, mükafatı idi.
Ona görə də indi kubok ona ən çox layiq olan adamın - Futbol Şəxsiyyəti Manenin əlindədir! Özü isə çiyinlərdə...
Aydın Bağırov

Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı