"İnter"in mərkəz müdafiəçisi Yann-Aurel Bissekk sıradan çıxıb.
QOL.az xəbər verir ki, "Sky Italia"nın yaydığı məlumata görə, almaniyalı futbolçu sağ bud nahiyəsindəki əzələ zədəsi səbəbindən A Seriyasının 31-ci turu çərçivəsində keçiriləcək "Roma" ilə vacib qarşılaşmanı qaçıracaq.
Qeyd edək ki, 25 yaşlı müdafiəçinin növbəti turda "Komo"ya qarşı keçiriləcək oyunda iştirakı da sual altındadır. 2023-cü ilin yayından klubun şərəfini qoruyan Bissekk cari mövsümdə Milan təmsilçisinin heyətində bütün turnirlərdə 30 matça çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək
"Real" onunla razılığa gəldi