“Çelsi”nin sabiq hücumçusu Didye Drobqa İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamalı dəstəkləyib.
QOL.az xəbər verir ki, Yamal İspaniya – Misir yoxlama oyunundan (0:0) sonra açıqlama verərək, milli komandanın azarkeşlərinin müsəlmanlara qarşı səsləndirdiyi şüarları tənqid etmişdi.
Droqba sosial şəbəkədə Yamalın paylaşımına şərh yazaraq, “Öz mədəniyyətiniz və kim olduğunuzla hər zaman fəxr edin” sözlərini qeyd edib.
Xaırtladaq ki, martın 31-də keçirilmiş İspaniya - Misir yoxlama oyunu zamanı ispan azarkeşlərin yer aldığı bir tribunadan “Kim tullanmasa, müsəlmandır” şüarı səslənib. Bu isə haqlı narazılıqlara səbəb olub.
"Barselona" peşmandır
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu
Millinin sabiq futbolçusu üzr istədi
Neymar zədəlidi, milliyə kömək edə bilməyəcək