İran Futbol Federasiyasının vitse-prezidenti Mehdi Məhəmməd Nəbi FİFA prezidenti Canni İnfantinonun İran milli komandasının 2026-cı il dünya çempionatında iştirak edəcəyi ilə bağlı sözlərinə münasibət bildirib.
QOL.az "Footmercato"ya istinadən xəbər verir ki, daha əvvəl İran DÇ-2026-dakı matçlarının ABŞ-da yox, Meksikada təşkil olunmasını istəmişdi. İnfantino isə bu fikirləri bildirmişdi:
“Biz İran millisinin hansı mürəkkəb şəraitdə olduğunu yaxşı başa düşürük və reallığı ayıq qiymətləndiririk. Buna baxmayaraq, onların dünya çempionatındakı oyunlarının mümkün qədər komfortlu keçməsi üçün əlimizdən gələni edəcəyik. Heç bir alternativ plan – nə B, nə C, nə də D var. Yalnız plan A mövcuddur”.
Mehdi Məhəmməd Nəbi isə FİFA rəhbərinin sözlərinə belə reaksiya verib: "Bizim üçün ən vacib şey FİFA-nın qaydaları və qanunlarıdır. FİFA-nın verdiyi hər bir qərara hörmətlə yanaşacağıq. Hər bir ev sahibi ölkə FİFA qarşısında öhdəlik götürüb və onlara əməl etməlidir. O, yoldaşlıq oyunlarına ev sahibliyi etdiyimizi biləndə şəxsən bizi görməyə gəldi və biz məhsuldar müzakirə apardıq".
Daha əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac İranın 2026-cı il dünya çempionatındakı oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı danışıqlar apardığıqlarını açıqlamışdı.
İran yığması final mərhələsi üçün Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb. Mundial 11 iyun – 19 iyul tarixlərində təşkil olunacaq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video