İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefaya göndəriləcəyi gözlənilən Cennaro Qattuzonun əvəzinə üç əsas namizəd müəyyənləşib.
QOL.az xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
Yığmaya "Napoli"nin baş məşqçisi Antonio Konte və ya "Milan"ın çalışdırıcısı Massimiliano Alleqrinin təyin olunması nəzərdən keçirilir. Həmçinin İtaliya millisinin keçmiş baş məşqçisi Roberto Mançini də namizəd hesab olunur.
Kontenin "Napoli" ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir və klub prezidenti Aurelio De Laurentiis onunla işləməyə davam etməkdə qərarlıdır. "Milan" isə Çempionlar Liqasına vəsiqə qazanarsa, Alleqrinin müqaviləsi 1 il uzadılacaq. Hər iki məşqçi milli komandaya yalnız uzunmüddətli layihə və aydın, ortaq planlarla rəhbərlik etməyə razı olacaq. Lakin onların klubları ilə müqavilələrini ləğv etmək asan olmayacaq.
Qətərin "Əl Sədd" klubunda çalışan Roberto Mançini 2018-ci ildən 2023-cü ilə qədər rəhbərlik etdiyi milli komandaya qayıtmağa hazırdır və klubla müqaviləsinə xitam verilməsi problem yaratmayacaq.
Qeyd edək ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovinaya (1:1, penaltilər seriyası - 1:4) uduzub.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı
“Mançester Siti” öz meydanında uduzdu - Video
Kokauri "Böyük Dəbilqə"də gümüş medal qazandı
Renatın komandasının oyunu yarımçıq saxlanıldı
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə