Bu gün AFFA ilə Çexiyanın "Eyeball" şirkəti arasında müqavilə imzalanması mərasimi keçirilib. Bundan sonra Azərbaycanda uşaq və yeniyetmə futbolunda Eyeball video və analitik platformasından istifadə mümkün olacaq.
QOL.az haqqin.az saytına istinadən xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxışında bildirib ki, bu tərəfdaşlıq gənc istedadların aşkarlanmasına böyük kömək edəcək:
“Bu gün bizim üçün əlamətdar gündür. Çexiyanın "Eyeball" şirkəti ilə əməkdaşlığa başlayırıq. Azərbaycan futbolunun ən böyük problemi uşaq və yeniyetmə futboludur. Biz rəqəmsal dövrdə yaşayırıq və bu, futbola da aiddir. Futbolda artıq uzun müddətdir ki, oyunçuların məlumat bazaları istifadə olunur və təhlil edilir. Bu tərəfdaşlıq bizə bu istiqamətdə kömək edəcək və ciddi irəliləyişə nail olacağımıza inanıram.

Video kameralar vasitəsilə analiz aparılacaq. Məsələn, U-15 Liqasında iki komanda oynayırsa, kamera hər bir oyunçunun müxtəlif göstəricilər üzrə performansını müəyyən edəcək. Məlumatlar toplanacaq və hər turun nəticələrinə görə analiz ediləcək. Hər futbolçunun zəif və güclü tərəflərini görmək, onun inkişafı üçün nə lazım olduğunu müəyyənləşdirmək mümkün olacaq. Bu prosesi AFFA nəzarətdə saxlayacaq.
Ən yaxşı performans göstərən oyunçular milli komandaya dəvət olunacaq. Bəzən deyirlər ki, milliyə “tapşırıqla” və ya layiq olmayan futbolçular çağırılır. "Eyeball" vasitəsilə əldə edəcəyimiz məlumatlar həqiqətən ən yaxşıların seçilib-seçilmədiyini göstərməyə imkan verəcək.
Bizim az sayda futbolçumuz Avropada çıxış edir. Azərbaycan bazar kimi Avropa üçün maraqlı deyil. Baza yaradıldıqdan sonra o, Avropa skautları üçün də açıq olacaq və onlar futbolçularımızı izləyə biləcəklər. Düşünürəm ki, bu, oyunçularımızın xarici klublara daha çox transfer olunmasına kömək edəcək.
Avropada 17-18 yaşlı futbolçular artıq yüksək liqalarda oynayırlar. Bizdə isə 24-25 yaşlılar hələ də “gənc və perspektivli” sayılır”.

Daha sonra "Eyeball" şirkətinin rəhbəri Manfred Lerli təqdimatla çıxış edib:
“Baş ofisimiz Çexiyada yerləşir. Danimarka və Böyük Britaniyada da ofislərimiz var. 43 ölkədə fəaliyyət göstəririk və 3000 tərəfdaş klubumuz var.AFFA ilə əməkdaşlıq bizim üçün vacibdir. Biz AFFA-ya istedadlı azərbaycanlı futbolçuları təqdim edəcəyik.
Skautinq platformamız vasitəsilə azərbaycanlı futbolçuları Avropaya pulsuz tanıdacağıq.”
İlkin müqavilə iki il müddətinə bağlanıb və gələcəkdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
AFFA baş katibinin müavini Elçin Məmmədov bildirib ki, çəkilişlər U-15, U-16, U-17 və U-19 liqalarında, həmçinin qadınlar arasında U-16 və əsas qadın liqasında keçiriləcək:
“Xüsusi kameralar alınacaq. Oyunçular haqqında məlumatlar klublara pulsuz təqdim olunacaq. Klub məşqçiləri üçün təlimlər təşkil ediləcək. Məlumatlar skautinq departamentimizə və milli komandaların məşqçilərinə açıq olacaq. Həmçinin iki il ərzində liqalarımız bütün Avropa üçün açıq olacaq.
Azərbaycan Premyer Liqasında başqa platformalar istifadə olunur. Bizim məqsədimiz uşaq və yeniyetmə futboludur. Gələcəkdə U-15-dən aşağı liqaları da əhatə etməyi planlaşdırırıq. Cahangir Fərəcullayevin rəhbərliyi ilə bir neçə ay müxtəlif şirkətləri araşdırdıq və nəticədə "Eyeball"ı seçdik”.
Şəkillər: haqqın.az
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Çempionlar Liqasında məşqçi kimi debüt
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi