(Mini-futbol millimizin Avropa çempionluğuna həsr olunur)
2012-ci ilin yayıdır. “Neftçi” futbol tariximizdə ilk dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanır. Prezidenti Sadıq Sadıqov, vitse-prezidenti Tahir Süleymanov, baş məşqçisi Böyükağa Hacıyev olan komanda. Klub SOCAR-dan maliyyələşsə də, rəhbərlik xarakter göstərib AFFA-nın komandaya təsirini minimuma endirir. Avropada, yerli liqada uğurlar qazanılır.
Sonra Sadıq Sadıqov təklənir, Rövnəq Abdullayevin futboldakı nadir uğurlu kadrlarından biri istefaya göndərilir, klub AFFA-da Elxan Məmmədovgilin qeyri-rəsmi nəzarətinə keçir. “Neftçi”nin qara günləri başlayır. Davamlı rəhbər, prezident dəyişikliyi bu köklü klubu nəticə baxımından məhv edir.
Yəni AFFA-nın olduğu yerdə uğur olmur. AFFA-nın olmadığı yerdə uğur olur.
“Qarabağ”a baxın. Müstəqil klubdur. Komandanın oturuşmuş sistemini qurmağı bacarmış baş məşqçisi, baş məşqçinin də işinə müdaxilə etməyən rəhbərliyi var. 2014-cü ildən bu yana Avropa kuboklarının qrupunda oynamadıqları il olmayıb. Davamlı yerli çempionluqlar da öz yerində.
Çünki AFFA-nın olmadığı yerdə uğur olur. AFFA-nın olduğu yerdə uğur olmur.
“Qəbələ”nin pulunun yaxşı olduğu vaxtları yadınıza salın. AFFA-ya bağlıllğı olmayan daha bir müstəqil klub idi. Dalbadal iki dəfə Avropa Liqasının qrupuna düşdü. Klubun peşəkar idarəetməsi formalaşdı.
Və indi adı “Şamaxı” olan eks “Keşlə”ni yada salın. AFFA-nın nəzarətində olmuş bir komanda. Kluba 3-4 ildə 15 milyondan artıq vəsait ayrılıb. Nəticə? Avropada bir mərhələ belə adlaya bilməyiblər.
Ona görə ki, AFFA-nın olduğu yerdə uğur olmur. AFFA-nın olmadığı yerdə uğur olur.
Və… Azərbaycan milli komandası. Hər seçmə mərhələ üçün sonuncu yeri əvvəlcədən “bron” edən bir komanda. FİFA reytinqində Afrikanın qəbilə komandalarından da geriyə - 129-cu yerə düşmüş bir komanda. Milli ruhdan əsər-əlaməti qalmayan bir komanda. Legioner toplusu…
Və…
Dünən Slovakiyada mini-futbol üzrə Avropa çempionu adını qazanmış bir komanda var. Federasiyaya bağlılığı olmayan MİLLİ KOMANDA. Heyətinə göz gəzdirdim, bir nəfər də olsun, əcnəbi yoxdur. Milyonlara yox, qəpik-quruşa oynayan və meydanda əsl xarakter göstərən azərbaycanlı balaları… Futbol oynamağı bacaran oğlanlar. Futbolla oynayanlara isə vicdan dərsi verən çempionlar.
Deməli, biz azərbaycanlılar futbolda ermənidən, gürcüdən geri qalmırıq. İstək olanda, doğru idarəetmə formalaşanda əsl KOMANDA yaratmaq mümkündür.
“Qarabağ” kimi. Mini-futbol milisi kimi. Amma yetər ki, orda AFFA olmasın.
Çünki AFFA-nın olduğu yerdə uğur olmur. AFFA-nın olmadığı yerdə uğur olur.
Aydın Bağırov
[email protected]
Oskar karyerasını başa vurur
Azərbaycan millisinin 4 boksçusu 1/4 finalda
Fransa klubunun yeni baş məşqçisi məlum oldu
Nərimanın atası danışdı
Alkantara İspaniya klubunun təklifini rədd etdi
La Liqanın ən bahalı futbolçuları
Elvin gündəm olan o uşağı ziyarət etdi - Video
"Brentford"un hücumçusu Premyer Liqada hamını qabaqladı
"İnter"in futbolçusu 1 ay oynamayacaq
Premyer Liqada ayın ən yaxşı məşqçisi açıqlandı
AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib - Şəkillər
"Liverpul"da Salah gərginliyi - Qərar sabah verilə bilər
"Real"dan Vinisiusa ultimatum
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi
"Fənərbaxça"nın qapıçısı ölkəsinə qayıdır
Bu həftə qələbə qazanmasa, istefaya göndəriləcək
Azərbaycan millisinin üzvü əməliyyat olundu
Dominqes və Abdullayevdən bürünc medal, Məmmədov finalda
"Qarabağ" dünya reytinqində gerilədi - "Sabah"dan sıçrayış
Ərəblər Salaha sərvət təklif edir
İngiltərə millisi üçün DÇ-2026-dan əvvəl iki rəqib
Dörd boksçumuz 1/4 finalda - Avropa çempionatı
UEFA reytinqində Azərbaycanın mövqeyi
Vardi A seriyasında ən yaxşı oyunçu seçildi
"Fənərbaxça"dan 4 cavabsız qol - Video
Səhhəti pisləşən Kamal Quliyev kömək istəyir - Video
Avroliqada pley-off mərhələsini təmin etdilər
"Samsunspor" uduzdu, "Fiorentina" qalib gəldi
"Fənərbaxça"dan darmadağın, "Roma"dan qələbə
"Barselona"da yeni müqavilə
Messinin ən hündür heykəli ucaldıldı
“Səbail” “Difai”ni belə məğlub etdi - Video
“Liverpul” Salahı onunla əvəzləməyə hazırlaşır
Konfrans Liqası matçı öncəsi azarkeş qarşıdurması
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı