Uğursuzluğa düçar olan komandanın mühakimə edilməsi təbiidir. Söz yox, 2014-cü ildə “qara zolaq”dan heç cürə çıxa bilməyən “Qəbələ” komandasının məşqçiləri və futbolçuları, klubun rəsmilərinə yönələn tənqidləri də başa düşmək və bəzilərini haqlı saymaq olar.
Axı, bu qədər büdcəsi və keyfiyyətli futbolçusu, Rusiya və Ukrayna kimi ölkələrdə bir məşqçi kimi möhürünü vurmuş Yuri Syomin kimi çalışdırıcısı olan komanda turnir cədvəlinin beşinci pilləsində qərarlaşmamalıydı. Axı, hər kəs başa düşür ki, çempionata uğurla başlayan “Qəbələ” bu gün uzun illərdi arzusunda olduğu Avroliqaya vəsiqəni ən azı 90 faiz təmin etməliydi. Amma etməyib, hələlik edə bilməyib və deməli, komanda daxilində yetərincə problem var. Bu problemə görə də hər kəs məsuliyyət daşıyır: futbolçu da, məşqçi də, klubun rəhbərliyi də.
Belə durumda, qərəzsiz və komandanın hazırkı vəziyətinə ürəkdən yanan jurnalistlərin tənqidlərindən əlbəttə ki, klub nəticə çıxarmalıdır və yəqin gec-tez çıxaracaq da.
Amma “Qəbələ”nin uğursuz çıxışılarına toxunmağı bu günlük bir kənara qoyub gələk mediada bu kluba qarşı dayanmadan artan qərəzli münasibətə. Bəli, “Qəbələ”nin düşdüşü indiki durum şantaj makinaları, kompüter arxasında klaviatura tıqqıldatmaqla yazı yazdığını sanan həqiqi jurnalistikadan bixəbər istedadsız bir yığın üçün əla fürsət olub. Kluba qarşı bu hücumlar yeni də deyil. Hələ mövsümün əvvəlində komanda qələbələri sıralayanda belə, ara-sıra bu cür hallara rast gəlinirdi. İndi isə, dediyimiz kimi, komandanın uğursuz çıxışı mediamızın qara siması olan reket tayfasının daxilində uzun müddətdir yığılıb qalan kinin vulkan kimi püşkürməsi üçün şərait yaradıb.
Doğrusu, “Qəbələ” klubu istəsə, günü bu gün də həmin həmin qara kampaniyanın qarşısını ala bilər: çox yox, onların hər birini cəmi 200-300 manatın qarşılığında özlərindən asılı edər, o zaman, əmin ola bilərsiniz, həmin adamların səsi də çıxmaz. Necə ki, “Xəzər Lənkəran”a münasibətdə biz belə şeyləri görürük. O komanda bu mövsüm “Qəbələ”dən daha acınacaqlı çıxış edib. Amma araşdırsaq, bu klubla “Qəbələ”nin əleyhinə yönələn yazılar arasındakı fərq heç müqayisəyə gəlməz.
Görünən budur ki, başda Tale Heydərov olmaqla “Qəbələ”nin idarəçiləri özlərini bu cür süni yollarla müdafiə etməyə, saytlara gizli rüşvət– reklam verib özlərini tənqidi yazılardan sığortalamağa ehtiyac duymayıblar. Bu günə qədər də soyuqqanlılıq nümayiş etdirərək belə şeylərə əhəmiyyət vermirlər. Bəzi klub rəhbərləri kimi əleyhinə yazı yazanları döyməklə, öldürməklə də hədələmirlər. Və şübhəsiz ki, bu da Tale Heydərovun, klubun vitse-prezidenti Fariz Nəcəfovun aldıqları tərbiyə, yüksək mədəniyyət və alicənablıqlarından irəli gəlir.
“Qəbələ” klubu uğursuz çıxış edir, düzdü. Komandanın bundan sonrakı aqibəti necə olacaq bilinmir. Amma Tale Heydərovun bircə tapşırığı bəsdi ki, “Qəbələ” cari mövsüm Avroliqaya vəsiqəni bundan da bərbad oyunla təmin etsin – özü də kiməsə xahiş-minnətlə yox, pula görə çox hoqqalardan çıxmış bəzi hakimləri və rəqib klubun müəyyən oyunçularını gizli yolla satın almaq və ya hədə-qorxu gəlməklə! Yeri gəlmişkən, bu mənzərə “Qəbələ”yə qarşı hücuma keçənlər üçün də yaxşı tanışdır. Amma bu boyda biabırçılıqlara bilərəkdən, kimlərdənsə maddi tərəfdən asılı olduğu üçün göz yumanlar kifayət qədərdir.
“Qəbələ” isə həmin qanunsuzluqları və özbaşınalıqları etməyib: etsəydi, komanda bu gün nəinki Avroliqaya vəsiqə qazanmışdı, həm də layiq olduğu birinci yerdə gedən “Qarabağ”la birgə çempionluq uğrunda yarışırdı.
Amma o klubun idarəçiləri peşəkar olmaqdan daha əvvəl, haqla nahaqqı, halalla haramı ayıra bilən adamlardır. Nə yazıq ki, bizdə işini ədalətlə, təmiz yolla görəndə çox vaxt hədəfinə çata bilmirsən. “Qəbələ”nin də bu gün düşdüyü uğursuzluğun bir əsas səbəbi bu olub: əyri əməllərdən uzaq durmaları. Əyri əmələ əl atmayanda isə işin güz getmir.
Və onda hər şey tərsinə olur: xirtdəyədək çirkaba bulaşanlar pak adamları... təmizliyə çağırır.
Aydın BAĞIROV
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”