Əslində sualı başqa cür də qoymaq olardı. Məsələn, AFFA “Qarabağ”a görə necə və nələr qazanır? Amma boğur, yaxud qazanır, bunun artıq prinsipial əhəmiyyəti qalmayıb. Çünki istənilən halda zərbə kluba dəyib və dəyməkdədir. Klubun da timsalında bütövlükdə futbolumuza.
Mətləbə keçək. Ardıcıl iki ildir Ağdam klubu avrokubokda qrup oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək məcburiyyətində qalıb. Bir çox sıravi azarkeş üçün, əlbəttə, “Qarabağ”ın “Tofiq Bəhramov”da yox, sırf BOS-da oynaması daha cəlbedici görünə bilər – həqiqətən möhtəşəm inşa olunmuş arena, istisna hallarda olsa belə, dolmuş tribunalar, 60 mindən çox azarkeş. Hələ bunu TV-də seyr etmək. Çox adama ləzzət edə bilər. Ən çoxsa AFFA rəhbərliyinə. O da ona görə ki, “Qarabağ”ın BOS-da oynaması federasiyasının işinə hərtərəfli yarayır. Əvvəla əgər “bizdə də futbol var” kimi görüntü yaratmaq istəyirlərsə, bir Azərbaycan komandasının “Çelsi”, “Roma”, “Atletiko”, “Arsenal” kimi nəhənglərlə oyunlarından başqa yaxşı nə fürsət ola bilər ki? Bilməyənlərdə də elə təsəvvür yaranır ki, “Qarabağ” bu yerə Qurban Qurbanov, futbolçular, klubun idarəçiləri və sponsorlara görə deyil, AFFA rəhbərliyinin olmayan futbol səriştəsinə görə gəlib.
İşin ən təəccüblü tərəfi heç bu da deyil. Odur ki, Qurban Qurbanov hələ ilk gündən BOS-da oynamağın əleyhinə olub. Amma klub məhz AFFA-nın davamlı təsir və təzyiqi ilə Olimpiya Stadionuna gedib. Qurban Qurbanov ÇL-də, Avropa Liqasında da qrup oyunlarını - təsnifat və pley-off mərhələlərində olduğu kimi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək istəyib. Ona görə ki, əvvəla bura “Qarabağ” üçün bir növ ikinci baza, ev kimi olub. Klub “Tofiq Bəhramov”da məsuliyyətli oyunlara hazırlığı da rahat həyata keçirirdi. Komanda isə meydança ilə yanaşı, tribunalara da öyrəşmişdi. “Qarabağ”ın bir çox avrokubok oyununda ən pis halda 20 min azarkeş olub. AFFA rəhbərliyi bu faktdan bixəbər olduğu üçün qeyd edək ki, qələbəyə aparan əsas yollardan biri də futbolçular və məşqçi heyətinin azarkeşin səsini, dəstəyini, nəfəsini hiss etməsidir.
İndi siz təsəvvür edin ki, AFFA bu nəfəsliyi daraldıb, sanki “Qarabağ”ı boğmağa başlayıb. Komandanı Gənclər və İdman Nazirliyinin balansında olan “Tofiq Bəhramov”dan özünün tabeçiliyindəki Bakı Olimpiya Stadionuna aparıb. Orada isə azarkeşin səsinin futbolçuya çatması üçün artıq meqafon, ya da başqa səsgücləndirici vasitələr lazımdı. Azarkeşin stadiona hansı zülmlə girdiyi, gecə vaxtı evinə hansı çətinliklərlə qayıtması isə artıq ayrı bir yazı mövzusudu.
AFFA “Qarabağ”ı BOS-a aparmasını onunla izah edir ki, 2019-cu ildə Avropa Liqasının finalı Bakıda olacaq və ona görə burada oyunların keçirilməsi həmin matç üçün hazırlıq xarakteri daşıyır. Pafoslu səslənsə də, ölkənin imici naminə bu fakta da göz yummaq olardı. Amma olmur. Çünki insanda vicdan ya tam ölməli, ya da pula nə qədər həris olmalısan ki, bir klubu başqa stadiondan öz stadionuna zorla gətirməyin azmış kimi, hələ üstəlik ondan icarə haqqı da tələb edəsən. Bizdə olan məlumata görə, “Qarabağ” Bakı Olimpiya Stadionundakı hər oyun üçün AFFA-ya azı 50 min manat ödəyir ki, bu da artıq son vaxtlar tərəflər arasında ciddi narazılıq yaratmağa başlayıb. BOS-dakı bilet satışı hüququ tam olaraq klubda deyil, federasiya ilə əlbir olan qurumda olduğundan AFFA-nın burdan da əlavə nə qədər gəlir götürdüyünü təxmin etmək çətin deyil. Deməli, söhbəti hara fırlasan, gerçək tabloda cəmi bir qazanan var – AFFA.
İtirənin, zərbə alanın “Qarabağ” və azarkeşlər olduğunu bilmək üçünsə yenidən Amerika kəşf etməyə ehtiyac yoxdu. “Bəs, BOS-un “Qarabağ”a xeyiri nə olub” sualına isə indiki halda bircə fakt cavab verir. 2 gün sonra keçiriləcək Avropa Liqasının “Qarabağ” – “Vorskla” oyununa heç 10 min bilet satılmayıb.
Aydın BAĞIROV
[email protected]
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?