Ramil Şeydayev əsl futbol məktəbi keçib.
Hücumçuya lazım olan bütün göstəriciləri var: hündürboydur (187 sm), yaxşı mövqe seçimi edə bilir, sürəti və fiziki göstəriciləri yüksəkdir, rəqib müdafiəçiləri təzyiq altında saxlamağı bacarır, komandası üçün çox iş görür.
Çexiya-Azərbaycan oyununda 90 dəqiqəyədək meydanda oldu. Sonadək döyüşdü. Xoş təsir bağışladı. Hələ Türkiyəyə gedəndən oyun təcrübəsi demək olar, yox səviyyəsindədi. Gör, müntəzəm oynasaydı, nələr edə bilərdi.
Uzun illər axtardığımız hücumçu odurmu? Bəlkə də...
Zamanın öhdəsinə buraxaq.
***
Oyunu Rusiyanın “Matç Arena” kanalında izlədim. Rus şərhçinin ona xüsusi simpatiyası hiss olunurdu. Məlum, Ramil bir futbolçu kimi bizim yox, qonşularımızın yetirməsidi. Azərbaycanı seçdiyi üçün heyfslənirlər. “Rus futbolu belə bir istedadı itirdi” – deyirlər. “Matç TV”nın şərhçisi də deyir, nüfuzlu “Sport-ekpsress”in tanınmış yazarı da. Məşhur futbol adamları da.
Qonşu bilir qədrin.
Bəs, qardaşlarımız?
***
3 aya yaxındı Türkiyədədi. “Trabzonspor”a AFFA-nın yardımı ilə transferinə dair xəbərlər dolaşır. Amma bu, onun böyük istedadını danmağı əsas vermir. Maraqlısı bilirsiniz nədi? Sayın Ərsun Yanal və “Trabzonspor” idarəçilərinin futbol yanaşması.
Cəmi 1 rəsmi oyunda meydana buraxılıb. O da Türkiyə kubokunda hansısa 3, ya da 4-cü liqa komandası ilə matçda (o oyunda da qol vurub).
Adam U-19-lar arasında Avropa çempionatının bombardiri olub. Azərbaycan pasportu alana qədər müntəzəm olaraq Rusiyanın U-21 millisinə çağırılıb və yaxşı oyunu ilə fərqlənib. Görəsən, “Trabzonspor” nümayəndələrinin bundan xəbəri var?
Komandalarının hücum xətti bərbad durumdadı. 6 oyuna cəmi 3 qol vurublar. Turnir cədvəlində 12-ci yerdədilər.
Məlum, Azərbaycan kimi, Türkiyədə də klub məşqçiləri və idarəçilərinin futbola baxışında problem var. Problem olmasaydı, əsas da yox, heç olmasa, hər matçda ehtiyat oyunçular sırasında olmalıydı Ramil...
Amma nə edəsən?
Ərsun Yanal və klubun başqanı bahalı, daha təcrübəli hücumçular axtarırlar. Sabah faydası dəyəcəkmi onların?
Gözlərinin önündə Ramil kimi istedad var. Amma 20 yaşlı, gələcəyin brilliant dəyərində olacaq futbolçusunu görmürlər.
Biz hələ Ramildən danışırıq. Futbol tarixlərinin ən istedadlı yetirməsi olan Arda Turana millinin qapısını bağlayıblar.
Türkiyə futbolu qalıb futbol fəlsəfəsi naftalin qoxuyan terimkimilərin əlində...
Allah Türkiyədə Ramilə də yol açsın, elə türk futbolunun özünə də.
Aydın BAĞIROV
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi