Almaniyanın radiolarının birində çalışan bir jurnalist var. Azərbaycanda səfərdədi. İdman jurnalisti olmasa da, 3 gün əvvəl onu “Qarabağ”ın oyununa aparmağımı xahiş etdi. Marağımı gördükdə dedi ki, Çempionlar Liqasında “Atletiko” ilə matçlardan sonra bu komanda diqqətimi çəkib və istəyirəm, burdaykən gedib oyununa canlı da baxam. Dünən “Qəbələ” ilə matçı birgə seyr etdik. “Azərsun Arena”nı bəyəndiyini dedi, amma turun mərkəzi oyununa bu qədər az adamın gəlməsinə təəccüblənib soruşdu ki, nə məsələdi?
***
AFFA-nın nümayəndəsinin rəsmi protokoldakı qeydlərinə inansaq, “Qarabağ”la “Qəbələ” arasındakı dünənki çempionat oyununu cəmi 1500 azarkeş izləyib. Matça “Azərsun Arena”da canlı baxanlar isə təsdiq edə bilərlər ki, istənilən ölkədə derbi üçün gülünc sayılacaq bu azarkeş sayı belə şişirdilib. Amma rəqəmin 1000, yaxud 1500 olması heç nəyi dəyişmir. Bu, bir daha göstərir ki, elə həmin “Qarabağ”ın Çempionlar Liqasındakı görüşlərinə stadionda baxan onminlərlə azərbaycanlıya daxili çempionatda “Qəbələ”, yaxud “Neftçi” ilə oyunlar qətiyyən maraqlı deyil.
Hərçənd bu yerdə bizdəki məşhur el sözü yada düşür: balıq başdan iylənər. Bakıda Azərbaycan insanı ölkə çempionatının oyununu arzu olunanın heç 10 faizi səviyyəsində də izləmir ki, bu da normaldı. Çünki Premyer Liqa adlanan bu yarış, kobud səslənsə də, it günündədi və 5-10 nəfəri çıxmaqla kimsəni maraqlandırmır. Amma dərd orasındadı ki, çempionatdakı bu eybəcərlik hətta birbaşa vəzifə borcu futbolu düzəltmək olan AFFA rəhbərliyinin də vecinə deyil. Rövnəq Abdullayev oyunlara gəlmir. Həmişə də əlində bəhanəsi var: SOCAR-da işləri çoxdu. Elşad Nəsirov da oyunlara gəlmir. Onun da bəhanəsi eynidi. Rauf Əliyev Premyer Liqa nədi, onu yaddan çıxarıb. Çünki o, Milli Məclisdə insanların problemlərinin həlli ilə məşğuldu (bu yerdə oxucunun dodağı qaçır). Onlar, sıralamayla qeyd etsək, AFFA-nın prezidenti və vitse-prezidentləridi. Bu adamlardan sonra AFFA-da hüquqi statusuna görə dördüncü şəxs, amma faktiki olaraq federasiyanı idarə edənsə Elxan Məmmədovdu. Elxan müəllimin işi isə birbaşa futbola bağlıdı. Amma o da oyunlara gəlmir. Və nə vaxta qədər ki, çempionatı keçirən adam Ramin Musayevdi, yaxud çempionat E.Məmmədovun nəzarətində deyil, o, ən yaxşı halda komandaların mükafatlandırıldığı oyunlarda görünəcək (yeri gəlmişkən, hər nə qədər gülməli görünsə də, bir ara hətta çempionatın təşkilatçısı Ramin Musayev özü də oyunlara stadionlarda yox, isti kabinetində baxırdı). Çünki üzdə olmasa da, arxada bir-birini didməklə məşğuldular. O bunu xoşlamır, bu da onu. Ona görə də AFFA-nın binası olub futbolumuzun evi yox, intriqa yuvası. Bunun da çempionata, milli komandaya, bölgə futboluna vurduğu ağır zərbəsinin nəticələrini hamımız görürük.
İndi gəl, futbol rəhbərlərinin laqeyd münasibətindən, bütün bu həngamədən sonra alman jurnalisti başa sal ki, niyə derbi oyununda tribunalar bom-boş qalıb?
Aydın BAĞIROV
[email protected]
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi