“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı

“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
XƏBƏR 12 Sentyabr 2026 / 12:00 322
-  A +

“Hall Siti”nin 27 yaşlı yarımmüdafiəçisi Sorba Tomas məşqə gedərkən avtomobil qəzasına düşüb.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubu məlumat yayıb.

Hadisə komandanın Kottinqemdəki məşq bazasının yaxınlığında baş verib. Futbolçunun idarə etdiyi avtomobil aşıb. Klubdan bildirilib ki, Tomas qəza zamanı xəsarət almayıb və avtomobildən özü çıxıb.

“Hall Siti” həmçinin futbolçunun avtomobilinin qəza vəziyyətində olan görüntülərinin sosial şəbəkələrdə yayıldığını bildirib və azarkeşləri onun səhhəti ilə bağlı narahat olmamağa çağırıb.

Qeyd edək ki, Tomas sentyabrın 1-də “Stok Siti”dən “Hall Siti”yə keçib. O, yeni komandasında 7 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlavə edək ki, “Hall Siti” türkiyəli iş adamı Acn Ilıcalıya məxsusdur.


Qarabağ FK
Son xəbərlər
topaz banner