Rumıniyada azarkeşlərin uşaqların iştirak etdiyi futbol oyunlarında davranışlarına nəzarətlə bağlı yeni qayda tətbiq olunacaq.
QOL.az xəbər verir ki, Rumıniya Futbol Federasiyası (FRF) U-7-dən U-16-ya qədər yaş qruplarında keçirilən turnirlərdə “qara kart” tətbiq etmək qərarına gəlib. Yeni intizam proseduru sentyabrın 11-də federasiyanın Fövqəladə Komitəsi tərəfindən təsdiqlənib.
Qara kart valideyn və digər azarkeşlərin uşaqlara, məşqçilərə, hakimlərə və matçda iştirak edən digər şəxslərə qarşı təhqir, hədə, fiziki zorakılıq və davamlı aqressiv davranışlarına görə tətbiq ediləcək.
Qayda üç mərhələdən ibarətdir. İlk insident zamanı hakim oyunu dayandıraraq məşqçilərdən azarkeşləri sakitləşdirməyi tələb edir. Davranış davam edərsə, qarşılaşma 10 dəqiqəlik dayandırılır və komandalar paltardəyişmə otağına göndərilir.
Oyun yenidən başladıqdan sonra da tribunadakı aqressiv davranış davam edərsə, hakim qarşılaşmanı başa çatdırır və “qara kart” göstərir. Bu halda oyun dayandırılır və artıq davam etdirilmir.
Qeyd edək ki, FRF-nin məlumatına görə, bu addım tribunadakı davranışlara görə xüsusi kart tətbiq edən dünyada ilk futbol federasiyasıdır.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı