Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Tariximiz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
FİFA Rusiya millisi barədə araşdırmaya başladı – futbolda belə şey olmamışdı

Yazarlar
 Getdi...
Aydın BAĞIROV
 Rauf Əliyevin son şansı...
Anar Şabanoğlu
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Azərbaycan - Şimali İrlandiya - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Qarabağ" uduzdu
Konfederasiyalar kubokunda yarımfinalçılar müəyyənləşdi
"Şaxtyor"un qapıçısı rəsmən "Qarabağ"da
FİFA Rusiya millisi barədə araşdırmaya başladı – futbolda belə şey olmamışdı
Linklər
525ci Qəzet

Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi
A A A

[19.04.2017]
Kaşşai kirli vəzifəni necə lazımdısa, icra etdi

“Real” – “Bavariya” oyunu bitən kimi Viktor Kaşşainin Vikipediya səhifəsində kimsə belə bir qeyd etmişdi: "Viktor Kaşşai hazırda “Real” Madridin oyunçusu olan macar hakimidir. O, indicə “Real”ın heyətində “Bavariya” əleyhinə qarşılaşmada iştirak etdi".

Sonradan təbii ki, bu cümlə redaktə edilib və əvvəlki rəsmi formasına salınıb. Amma bu, mahiyyət etibarı ilə heç nəyi dəyişmir. Kaşşai “Real”ın Çempionlar Liqasının yarımfinalına çıxması üçün futbolda nə qədər alçaqlıq varsa, hamısını etdi.


“Bavariya” hesabda 2:1 öndədi, psixoloji üstünlük qazanıb. Və bu zaman – 84-cü dəqiqədə münhenlilərin aparıcı oyunçusu Arturo Vidal topa oynadığı halda hakim ona ikinci sarını göstərib meydandan qovur.



104-cü dəqiqə Ronaldo ofsayddan qol vurur.

109-cu dəqiqə. Ronaldo yenə ofsayddan fərqlənir.



10 nəfərlə qalan komandanın qapısına əlavə vaxtda ofsaydan düz 2 qol vurulur. Düz 2 qol!

Vidal haqsız olaraq oyundan kənarlaşdırılır, amma ikinci sarı vərəqə almağı haqq edən “Real”lı Kazemiro nədənsə bağışlanır.

İndi gəl, bu sirki izləyən yüz milyonlarla insanı inandır ki, bütün bunlar hamısı təsadüfdü...

Deyil! 

Deyil!

Və yenə də deyil!

Yadıma 2012-ci ilin Avropa çempionatı düşür. Ukrayna təşkilatçısı olduğu final mərhələsində İngiltərə ilə qarşılaşır. Hakim yenə həmin Kaşşaidi. Meydan sahibləri tərtəmiz qol vurur, amma o, qapı xəttini keçən qolu qeydə almır. Nəticə yadınızda olar yəqin? Ukrayna son matçında uduzaraq (0:1) qrupda qalır, İngiltərə 1-i, o vaxt UEFA prezidenti olan Mişel Platininin həmvətənləri – fransızlar isə 2-ni tutaraq 1/4 finala adlayır.




Ya da adladılır. Bunu futbol mafiyası yaxşı bilir.

Oyundan sonra Kaşşai deyir: “Bəli, səvh etdim, Marko Deviçin qolu qeydə alınmalıydı”.

O boyda turnirdə bu boyda kobud səhv edir hakim. Səhvini də boynuna alır. Amma sonra onun cəzası... mükafat olur.

2012-dən sonra da Kaşşai UEFA-dan yaxşı təyinatlar alır.

2013-cü ildə macar hakim “Bavariya” ilə “Barselona” arasında ÇL-in yarımfinal oyununda daha kobud səhvlərə (nəticəyə təsir edən 4 səhvə!) yol verir.

1. Pike cərimə meydançasında əllə oynayır, amma penalti təyin edilmir.

2.  Dante “Barselona”lı Dani Alveşə qarşı kobud oynayır, Kaşşai bunu da “görmür”, hücum davam edir və Tomas Müller qol vurur.

3. Düşünmək olar ki, ciddi səhvlər yekunlaşacaq. Amma Kaşşai bu dəfə oyundan kənar vəziyyətdə olan Mario Qomesin qolunu qeydə alır.

4. “Barselona”ın qapısına üçüncü qol zamanı da qayda pozuntusu olur. Müller qolun müəllifi Aryen Robbenin qarşısını almaq istəyən Xorde Albaya qarşı bilərəkdən kobudluq edir. Kaşşai bunu da görməzdən gəlir.

Və bütün özbaşınalıqdan sonra o, yenə də UEFA-nın sevimli hakimləri siyahısındadır. Bu qədər ciddi səhvləri olur, amma hər dəfə mötəbər oyunlara təyinat alır.

Niyə?

Məgər, Avropada Kaşşaidən başqa belə matçları idarə etməyə istedadlı hakim yoxdu? Var təbii ki, xüsusən gənclər arasında. Amma görünür, risk edib onlara hər kirli tapşırığı vermirlər.

Kaşşai isə belə pərdəarxası oyunlar üzrə ixtisaslaşıb, axı.

Görmədiniz, dünənki rəzaləti...

Normalda belə hakimləri UEFA oyunlarının həndəvərinə də buraxmazlar. Amma şübhəniz olmasın, Kaşşai artıq sona çatan bu mövsüm olmasa da, gələn mövsüm yenə ən yaxşı oyunlara təyinat alacaq. Məlum, ona verilən vəzifəni necə lazımdısa, icra edib.

Özümüzü çox qınayırıq, amma avropalı matah deyil ki.

Aydın BAĞIROV

6022 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
17.06.2017  11:12 Getdi...
12.05.2017  14:12 “Səbail” yaşasın, “Turan” dağılsın?
21.04.2017  13:11 Allahverdi Bağırovun iradı...
13.04.2017  14:51 Tanımadığımız Qurban
13.03.2017  14:24 O mükafatı niyə qəbul etdiniz, Şahin Diniyev?
03.03.2017  14:13 4 aydı oynamayan futbolçunun millimizdə nə işi var?
23.02.2017  16:10 AFFA öz stadionuna niyə Banişevskinin adını vermir?
07.02.2017  17:31 “Neftçi” 42 illik əfsanəvi həkimini necə qovdu?
06.02.2017  16:27 Rəşadları məhv edənlər...
23.01.2017  15:27 Kimə lazımdı “Birlik kuboku”?
14.01.2017  15:46 Belə də yox...
10.01.2017  15:36 Futbol mafiyası uddu, futbol uduzdu
26.10.2016  17:19 Hanı Bəhram?
12.10.2016  14:24 Bu nə qərar, arkadaş?
03.10.2016  11:54 Kamran Ağayevə...
30.09.2016  15:05 “CBC Sport”un 1 yaşına
10.09.2016  22:24 Ayıb olsun
08.09.2016  13:44 “Futbol şikəstləri”nə 100 milyonlar olar, Ramilə 1 milyon olmaz?
31.08.2016  13:10 35 yaşlı Aslan
26.08.2016  12:46 “Qarabağ” Respublika stadionundan getsin!
28.06.2016  12:34 İslandiya möcüzəsi: narkomaniyadan futbola gedən yol…
03.06.2016  12:45 Bu villanın hasarı hanı?
01.06.2016  13:35 Avstriya gündəliyi....
03.05.2016  14:03 Gözünə su ver, ərəb şeyxi!..
20.04.2016  12:21 “Atletiko”nu niyə sevməli?
18.04.2016  13:06 “Neftçi”ni utandıracaq şəkil
13.11.2015  13:40 Bizi rəzil edən kimdi: Şeydayev, yoxsa?..
10.11.2015  17:35 Dünya çempionu adı niyə bu qədər ucuzlaşıb?
09.11.2015  18:16 “Neftçi”də gələn gedənə rəhmət oxutdurdu!
04.03.2015  13:47 Türkiyəyə niyə getmisiniz?
26.02.2015  14:20 PFL-i ləğv edin!
17.02.2015  13:28 Nazim Süleymanova iş də verin!
05.02.2015  16:09 17 yaşlı oyunçu 3 minin davasın edəndə...
02.02.2015  14:11 Samir Ələkbərov hardadır?
23.12.2014  15:45 Sizin oyunu hansı kanal və niyə alsın?
22.12.2014  14:20 Qaranın halal haqqı
10.12.2014  15:24 Banişevski tüpürərdi belələrinin üzünə!
24.11.2014  15:55 Arazı Qurban xilas edəcək!
21.08.2014  11:07 Dərs – Rəşad Məcidin 50 illiyinə
31.07.2014  15:09 Qurban Qurbanovun iki qızıl qaydası
25.07.2014  15:14 “İnter”i hakim uduzdurmadı, rəhbərliyi uduzdurdu!
09.07.2014  12:43 Rədd olsun, Pelenin proqnozu!
08.07.2014  16:47 Hansı üzlə futboldan danışırsız?
07.07.2014  12:48 Kosta-Rika ilə Azərbaycan futbolçusunun fərqi, yaxud pul futbol oynamır
30.06.2014  16:07 Baş nazirə yazılan məktub
19.06.2014  13:39 Del Boske, Sampaoli və Foqts
17.06.2014  13:55 Gedin, Ronaldonun əlindən öpün...
13.06.2014  12:28 O hakimdən Azərbaycanda onlarladı
14.04.2014  16:43 “Qəbələ” özbaşınalıq etsəydi...
17.03.2014  13:54 Sadıqovun istefası, AZAL-ın absurd tələbi
 
 
  26.06.17
01:50
  “Bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq”
01:24
  “Rayola, dünən, bu gün və sabah” - Donnarumma
01:07
  22 ildən sonra “Yuventus”u tərk etdi
00:39
  Balotelli “Nitsa”da qaldı
00:21
  “Qəbələ” döyüşçüsündən növbəti qələbə
00:00
  Löv üçün əlamətdar qələbə
  25.06.17
22:23
  24:0
21:34
  “Bu, bizim böyük uğurumuzdur” - Azad Rəhimov
21:29
  “Formula 1 - Azərbaycan”ın qalibi müəyyənləşdi
21:19
  Çilidən heç-heçə - Video
20:59
  Almaniyadan qələbə - Video
20:52
  Konfederasiyalar kubokunda yarımfinalçılar müəyyənləşdi
19:26
  "Monako" hücumçusunu satdı - rəsmi
14:33
  Çerçesov istefa verəcəkmi?
13:56
  “Arsenal” “Şalke”nin futbolçusuna “elçi düşüb”
12:51
  “Barselona” ona təklif göndərib
11:35
  FİFA Rusiya millisi barədə araşdırmaya başladı – futbolda belə şey olmamışdı
11:03
  “Formula 1 - Azərbaycan”ın qalibi müəyyənləşir
10:53
  Anton "Qarabağ"a niyə keçib? - əvəzedici olmaq istəməyib
10:42
  “Çelsi” ilə 5 illik müqavilə bağlayır
09:29
  Messidən yubiley şəkili
09:01
  Millimiz necə yarandı? – 25 il əvvələ “səyahət”
01:45
  "Xetafe" yenidən La Liqada
00:46
  "Qarabağ"ın oyununda 7 qol - Video
00:10
  Rumıniyalı futbolçu rəsmən "Zirə"də
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  24.06.17
22:30
  Pepe yarımfinalda oynamayacaq
21:52
  "Qarabağ" uduzdu
21:25
  Portuqaliyadan 4 cavabsız qol - Video
21:09
  Rusiya Meksikaya uduzdu - Video
20:52
  Rusiya Konfederasiyalar kubokunda mübarizəni dayandırdı
20:37
  "Qəbələ"nin üçüncü rəqibi də müəyyənləşdi
20:16
  Kamran Avropa çempionatını gümüş medalla başa vurdu
19:50
  "Qarabağ"ın start heyəti
19:29
  "Monako" 100 milyon avronu rədd etdi
18:53
  "Zirə"dən növbəti transfer
18:06
  Superliqa klubunda yeni baş məşqçi
16:25
  "Portu"dan Premyer Liqa klubuna
15:29
  Bakıda Formula 1 pilotunun maşını yandı - Şəkillər
14:50
  "Qəbələ"nin yeni transferi - Video
13:43
  "Qəbələ" hollandiyalı futbolçu aldı - rəsmi
13:20
  Günün canlı oyunları - Etopaz-da
12:53
  PSJ-dən Aquero üçün 68 milyon avro
11:48
  Messi 30 yaşında
11:19
  Oyunlara harda baxaq? – TV-lərin siyahısı
10:38
  "Şaxtyor"un qapıçısı rəsmən "Qarabağ"da
10:15
  "Real"ın sabiq futbolçusu karyerasını başa vurdu
09:48
  "Qarabağ"ın Avstriyada 7-ci günü - Video
02:00
  Alba “Mançester Yunayted”in hədəfində
01:38
  Azərbaycanda işləmiş məşqçi həvəskar klubda
01:15
  “Xərçəngə əlavə vaxt və penaltilərdə qalib gəldim”
00:52
  Konfederasiyalar Kubokunun ən yaxşısı - Akinfeyev
00:34
  Berluskoni Donnarummanın müdafiəsinə qalxdı
00:18
  Verratti PSJ-nin təklifini geri çevirdi
00:00
  “Çində oynayacağımı istisna etmirəm” - Messi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore