"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalında "Neftçi"yə 4:1 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.
- Futbolçularımı təbrik edirəm. Finala vəsiqə qazandıq. Ölkə kuboku əlavə prestijdir. Hər bir futbolçu kuboku qazanmaq istəyər. Oyundan ümumən razı qaldım. "Neftçi"yə uğurlar arzulayıram.
- Yayda edə biləcəyiniz dəyişiklikləri indidən sınaqdan keçirməyi düşünürsünüz?
- Böyük dəyişiklik etmək fikrində deyilik. Öz düşündüklərimizi daha da yaxşılaşdırmaq, tezləşdirmək istəyirik. Məşqlərdə çalışırıq, oyunçulardan da tələb edirik. Nəyisə təkmilləşdirmək şansımız varsa, komandadan bunu tələb edirik. Sistem dəyişikliyin tərəfdarı deyiləm. Sadəcə oyunun gedişatında əlavə kombinasiyalar, əlavə rotasiyalar edirik. Amma futbolçuların fikirlərini çox da yayındırmaq istəmirəm. Əvvəl rəqibə oynamağa imkan verməməliyik, sonra da düşündüklərimizi reallaşdırmalıyıq. Qarşıda əlavə nəsə etmək istəsək, istifadə edəcəyik.
- Andrey Lunyov komandada qalacaq?
- Burada hansısa problem görmürəm. Futbolçuların çoxunun bizimlə müqaviləsi var. Klub razılıq verməsə, harasa getmələri baş tutan məsələ deyil. Ola bilər ki, həvəssizlik olsun. Amma hamısı bizim oyunçulardandır. Rəsmi olaraq təklif yoxdur. Narahat olası bir şey görmürəm.
- İki oyuna "Neftçi"yə 8 qol vurdunuz. Kənardan elə görünürdü ki, "Qarabağ"ın oyunçuları meydanın mərkəzindən keçərək daha baxımlı qol vurmaq istəyirdi..
- Rəqib hansı zonadan daha çox imkan verirsə, ondan istifadə etməyə çalışırıq. Oyunun mərkəzindən daha tez hücuma keçmək oyunumuzun elementlərindən biridir. Çox keyfiyyətli olur. Rəqib imkan verdiyi qədər bundan istifadə etmək istədik. Bugünkü futbol bunu çox tələb edir.
- Musa Qurbanlının "Qarabağ"a qayıtmaq ehtimalı var? "Yurqorden"də çox da oynamır...
- Hələ ki, müzakirə mövzusu deyil. İsveçdə ilk dövrə yeni başlayıb. Bizim fikrimiz sırf qarşıdakı oyunlara yönəlib. Transfer pəncərəsi gələndə, başqa transferlər də müzakirə mövzusu olacaq. Ondan sonra nəsə demək olar.
- Son günlər yeni mövsüm Premyer Liqada klub sayının artırılacağı gündəmdədir. İK-nin üzvü kimi sizin fikriniz necədir?
- Bəlkə burada nəsə fikir bildirmək yanlış olar. Əvvəl də demişdim ki, klub sayının artması mütləq lazımdır. Amma ondan da vacibi keyfiyyətdir. Məsələn, say artdı, amma birinci dövrənin ortasında komandanın stadionu, imkanı, bazası, şəraiti olmayacaqsa, böyük problemlərlə üzləşə bilərik. İşi görürüksə, keyfiyyətli görməliyik. Tam ətraflı məlumatım yoxdur. Hər bir halda, tərəfdarıyam ki, komanda sayı çoxalsın. Onda azarkeş sayı da çoxalacaq, futbola sevgi artacaq. Komanda sayının artmasından öncə bəzi elementlər haqda mütləq düşünmək lazımdır. Əgər belə şey müzakirə olunacaqsa, tərəfdarı olacağam ki, komanda sayı artırılsın.
- Türkiyə mətbuatı "Beşiktaş"ın baş məşqçi postuna ən real namizəd kimi sizi göstərir...
- Bu suallar çox olur. Fikir bildirmək düzgün olmaz. Fikrimin yayınmasına ehtiyac yoxdur. Normal prosesdir. "Qarabağ"dayam, bu kluba bağlıyam. Məncə, özümüz də az müzakirə etsək, daha yaxşı olar. Ayyarımdır gah o klub, gah bu klub... Bu cür fikirlərdən uzaq olmağa çalışıram. Həmişə xoşlamışam ki, qərar qəbul olunsun və ondan sonra fikir bildirim. Sizə həqiqi məlumatı çatdırım. Yoxsa, biri ordan, biri burdan...Çox da ucuzlaşdırmaq lazım deyil. Bu gün "Qarabağ"dayam və bu klub haqda düşünürəm. Burada daha da böyümək, daha da yaxşı nəticələr vermək lazımdır. Azərbaycan futbolu haqda daha çox düşünmək lazımdır. "Beşiktaş" məsələsi daha az müzakirə olunsa, çox sevinərəm.
- Amma Türkiyə mətbuatı sizi müzakirə edir...
- Sağ olsunlar. Bu mənim yox, Azərbaycan futbolunun tanınması, futbolumuza marağın artması deməkdir. Qardaşlarımıza ancaq təşəkkür edə bilərik.
- Finalda Rəşad Sadıqovla üz-üzə gələcəksiniz. Buna müəllim-şagird qarşılaşması demək olar?
- Meydanda bir-birimizə rəqibik. Çox yaxın dostuq. Amma müəllim-şagird söhbəti aramızda olmayıb. Nəinki Rəşadla, digər futbolçularla da. Bəli, mənə müəllim, hoca deyirlər. Amma bu, bir peşəkar işdir, sənətdir. Bu gün Rəşad özü komandanı idarə edir, özü öz düşüncələrini həyata keçirmək istəyir. İki dostun qarşılaşması olacaq. Bundan əvvəl də maraqlı finalımız olmuşdu. Penaltilərlə qalib gəlmişdik. Əminəm ki, bu oyun da azarkeşlər üçün maraqlı olacaq.
- İcraiyyə Komitəsininin üzvü kimi cavab verərdiniz. Milli komandanı uğura yerli, yoxsa xarici məşqçi apara bilər?
- Burada tək fikir bildirməyim düzgün olmaz. İlk iclasımızda bu haqda müzakirəmiz olmadı. Amma eşitdiyimə görə, bu məsələ həll olunub. Böyük ehtimalla danışıq aparılan məşqçilər var və bildiyimə görə, legionerdir. Sizdə nə məlumat varsa, məndə də odur. Burada ayrıca fikir bildirməyim düzgün olmazdı. Bəlkə İK-nin üzvü olmasaydım, daha rahat fikir bildirərdim (sportal.az).
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi
“Qəbələ”dən ayrıldı, bu paylaşımı etdi